Məhkəmə qərarları › İş №3(075)-627/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-627/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-627/2024 02.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X5, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X7 iştirakları ilə, X5 Şəki ŞRPŞ xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında həmin qərardan narazı qalan X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ tərəfindən ona yazılmış MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən ona 200 manat cərimə olunmasına dair bildiriş göndərilmişdir. Evində mal-qara saxladığı üçün qardaşı X1 Anar onlardan qərəzli olaraq şikayət etmişdir. Halbuki, ata mülkünü satıb, onlardan qanunsuz zəbt torpağında tikdiyi evə gediş-gəliş üçün, 1977-ci ildən sənədi olan, yardımçı təsərrüfatı olan tövlələri yerindən yol istəyir. Halhazırda o və ailəsi heç yerdə işləmirlər, dövlətdən heç bir müavinət almır və həmin tövlədə mal-qaraya baxmaqla məşğul olurlar. Onların tövləylə evinin ara məsafəsi 50 metr təşkil edir. Guya onlara iy-qoxu gedir. Halbuki, hal-hazırda onun həyətində həmin mal-qaranın 2 maşına yaxın peyini var. Hazırda işləri məhkəmənin icraatındadır, 4 dəfə Şəki Rayon məhkəməsi, bir dəfə də Şəki Apellyasiya Məhkəməsi onların iddiasını rədd etmişdir. Dəfələrlə polis şöbəsinə düşmüşlər. Onlara maddi və mənəvi təsir göstərirlər. Qardaşının oğlu Anar küçə qapılarına “mamet” kleyi töküb, gecə saat 01:30-da qapılarının üstündən həyətə tullanır. Onlara deyir ki, “qol gücünə həmin yolu alacaqdır, tövlələrini sökdürəcəkdir”. Olardan polis şöbəsinə şikayət etmiş, polis əməkdaşı Anar Nəcəfov dəfələrlə onların münaqişəsində olmuşdur. X8 özünün iki otaqlı evini satıb, indi əmisindən aldığı zəbt torpaqda ev tikmişdir. Həmin evə də 1989-cu ildə evin arxa tərəfindən gedişgəliş yolu verilmişdir. Buna baxmayaraq qərəzli olaraq ona məxsus olan 6 sot torpaq sahəsinin 3 sotunu əlindən almaq istəyir. Onların evlə onun evinin ara məsafəsi 50 metrdir, ancaq onun evinin 10 metr məsafəsində at tövləsi var. Anar Nəcəflinin onlardan qərəzli şikayət etməsi nəticəsində 200 manat cərimə yazılmışdır. Onunsa maddi imkanı yoxdur, mal-qaranın südüylə körpə nəvələrini dolandırır. Üstəlik ildə dövlətə 1 ton ət verir. Məmmədov Süleyman öz ata yurdunu satıb, indi onun torpağını zor-güclə almağa çalışır. Hazırda da işləri Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Qardaşı oğlu X6 dəfələrlə ona və ailə üzvlərinə təzyiq göstərib, onun mal-qara saxlamağına maneçilik törədir, istəyir ki, onun torpaq sahəsini ələ keçirsin. Bununla bağlı polis, prokurorluq və digər dövlət təhlükəsizlik orqanlarına müraciət etmiş, həmin orqanlar onun məhkəməyə müraciət etməyini bildiriblər. X4 gələrək baxış keçirilmiş, lakin heç bir nöqsan tapılmamışdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X9 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X10 izahatında bildirdi ki, vətəndaş X3 DİN “102” xidmətinə daxil olmuş müraciəti əsasında X2nun yaşadığı ünvana baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli, 38 saylı qərarının 4.4.5-ci bəndinə zidd olaraq yaşadığı ünvanda tövlədə iri buynuzlu mal-qara saxlayıb yetişdirir. Buna görə də onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin və səlahiyyətli orqanın izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 İXM-nin 290.1.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXM-nin 290.1.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində 200 manat məbləğdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən X5 iri buynuzlu mal-qara saxladığı tövləyə baxış keçirilmiş, baxış zamanı videogörüntü və foto şəkillər çəkilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ərizəçi tərəfindən şəhər ərazisində yaşayış yerində tövlədə iri buynuzlu mal-qara saxlayır. Həmin tövlə fərdi yaşayış evləri ilə eyni həyətdə, yaxın məsafədə yerləşir. Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli, 38 saylı qərarının 4.4.5-ci bəndinə əsasən şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. İş materiallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatdan görünür ki, X2 Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli, 38 saylı qərarının 4.4.5-ci bəndinin tələblərinə zidd olaraq yaşadığı, Şəki şəhəri ərazisində yerləşən evlərinin həyətlərində mövcud olan tövlədə iri buynuzlu heyvan saxlayaraq yetişdirmişdir. Məhkəmə tərəfindən ərizəçinin yaşadığı ünvana yerli baxış keçirilən zaman ərizəçinin həmin ünvanda iri buynuzlu mal-qara saxlaması öz təsdiqini tapmışdır. Bununla da X2 İXM-nin 290.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X2 onun əməllərində pozuntuların olmadığını vurğulasa da, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X9 tərəfindən yaşadığı, Şəki şəhərində yerləşən ünvanında ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə yol verilməsi və bununla da İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Odur ki, X5 şikayətində qeyd olunan 24 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı hallar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş 24 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar