Məhkəmə qərarları › İş №3(075)-628/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-628/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-628/2024 15.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X7 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Böyük Dəhnə Ərazi Dairəsi, Böyük Dəhnə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 14 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 iyul 2024-cü il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində küçədə ucadan səs-küy salaraq polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 14 iyul 2024-cü il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində küçədə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən yeməkxanada tanışları ilə yemək yeyərkən spirtli içki qəbul etmişdir. Evə gedərkən atası iki ay qabaq vəfat etdikdən, həmçinin ailəsində olan problemlərdən dolayı küçədə yüksək səslə qışqırmışdır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalarda əsəbi olduğundan öz hərəkətlərinə davam etmişdir. Əməlindən peşmandır. Onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis baş serjantı X1 ifadəsində göstərmişdir ki, 14 iyul 2024-cü il tarixdə, 01:30 radələrində Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis serjantı Nazim Əlizadə ilə birlikdə Şəki rayonu, Böyük Dəhnə kəndində xidmətdə olduqları zaman bir nəfər şəxsin spirtli içkinin təsiri altında ucadan nalayiq ifadələr işlətdiyini və səs-küy saldığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və ictimai qaydanı ona izah edərək sakitləşdirməyə çalışmışlar. Lakin onu nizam intizama dəvət etsələr də, sonuncu buna məhəl qoymamış, öz hərəkətlərinə davam etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Çəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis serjantı X5 digər şahid Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis baş serjantı X1 ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 02:15-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman 01 ədəd “Sporf” markalı mobil telefon, 01 qutu siqaret, 01 ədəd alışqan aşkar edilmişdir. İş materiallarında olan 14 iyul 2024-cü il tarixli, 707 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Şəxs qanında 0.540 promil sərxoşluq aşkar edilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 33.1.7 maddəsinin inzibati xətanın sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal, inzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinin inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs şəxsiyyətini, əməlindən peşman olmasını, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, onun 14 iyul 2024-cü il tarixdə saat 02:15-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, barəsində təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 14 iyul 2024-cü il tarixdə saat 02:15-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar