Məhkəmə qərarları › İş №3(075)-629/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-629/2020

03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-629/2020 03.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X2 ərizəsini onunla əsaslandırmışdır ki, ədliyyə baş leytenantı, əmisi oğlu X4 xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında qəflətən beynə qan sızma nəticəsində rəhmətə getmişdir. Saat 18:00 radələrində əmisi oğlu Mahir Rəsulovun nəşini Şəki şəhər qəbiristanlığında torpağa tapşırmışlar. Dəfn mərasimində dini axund «COVİD-19» xəstəliyi ilə əlaqədar mərasimin bir gündə bitməsini elan etdikdə başsağlığına gələn qohumlar və qonşular dağılmağa başlamışlar. Şəki küçələri dar və təmirsiz olduğundan hərə öz maşınını işə salıb gedərkən küçədə sıxlıq müşahidə olunmuş, bu zaman Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubov evinə gedərkən 1-2 dəqiqə ləngiməli olmuş və bu səbəbdən özü və sürücüsü maşından düşərək əsəbi halda əmisinin evinə gələrək hamının gözü qarşısında salam və cavan bir zabitin dəfnə görə başsağlığı vermədən yüksək səslə, birbaşa əmisinə və orada yaxın qohumlara təhqiredici sözlər deyərək əl telefonu ilə kiməsə zəng etmiş, yenə əsəbi halda zəng çaldığı adama nalayiq ifadələrlə dəfn mərasimi olan yerə gələrək burada olanları cərimələməyi tapşırmışdır. İcra başçısının dəfn yerində telefon zəngindən sonra 5- 10 dəqiqə sonra Şəki şəhər-rayon Polis Şöbəsinin 20-25 nəfər yüksək rütbəli zabitləri ünvan 1 ünvanına gələrək orada olan yaxın qohumlara cərimə tətbiq etməyə başlamışlar. Bu səbəbdən ona da həmin ünvanda, həyət evində açıq havada, palatka olmadan karantin qaydalarına əməl etməklə orada olduğu zaman əmisinin evinə təzyiq və təkid altında haray salaraq cərimə tətbiq etmişlər. O, elə həmin anda DİN-nin 102 xidmətinə zəng edərək öz etirazını bildirmişdir. Lakin cərimə tətbiq olunarkən protokolda ünvanın dəqiq yazılmalı olması göstərilsə də, sahə rəisi X3 “M.Ə.Rəsulzadə prospekti” yazaraq dəqiq ünvan göstərməmiş, o cümlədən, həmin gün dəfndə iştirak etməsini yazmamışdır. Hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən dəfn günü istisna olmaqla, digər günlərdə yas mərasiminə icazə verilmir. Sahə rəisi X3 dəfn mərasiminə iştirak etdiyi üçün yazılmış protokolun bir nüsxəsi də yazıldığı zaman ona verməmişdir. O, protokolun surətini xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Odur ki, tərtib olunan inzibati protokoldan şikayət vermək müddətini itirmədən etirazımı bildirmişdir. Yas evi onun əzizləri və yaxın qohumların olmaqla, onun iştirakı vacib olduğundan orada iştirak etməli, mərhumun nəşini qardaş və yaxın qohumları dəfn etməli idi. Tərtib edilmiş qərarı əsassız sayır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət əsaslı deyildir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində evdə yas mərasimində iştirak edərək karantin rejimi qaydalarını pozmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini pozduğuna görə təqsirli bilinmiş və 200 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1.4-cü bəndinə əsasən əsasən 2020-ci il 30 sentyabr saat 00:00-dək dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinin və keçirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılmış, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında “30 sentyabr saat 00:00-dək sözləri “2 noyabr saat 06:00-dək sözləri ilə əvəz edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 67-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Göründüyü kimi şikayətçi X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmişdir. Belə ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar yas mərasimlərinin keçirilməsi qadağan edilmiş, dəfn mərasimlərində isə yalnız yaxın qohumların iştirakı nəzərdə tutulmuşdur. X2 xx xxxxxxx 2020-ci il tarixdə yaxın qohumunun deyil, qohumu olan əmisi oğlunun dəfn mərasimində iştirak etmiş, qanunvericiliklə qadağan edilən yas mərasimində iştirak etməklə xüsusi karantin rejimi qaydalarının tələblərini pozmuşdur. Göstərilən əsaslarla məhkəmə X1 barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar