Məhkəmə qərarları › İş №3(075)-629/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-629/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-629/2024 06.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, X8 Xidmətinin X2 nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X6 iştirakları ilə X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X3 tərəfindən barəsində qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində X8 Xidmətinin X3 tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin sədridir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X8 Xidməti X2 əməkdaşları Şəki rayonu, Kiçik Dəhnə kənd bələdiyyəsinə gəlmişlər və bələdiyyədə yoxlama aparmışlar. Yoxlama zamanı onun sədr olduğu Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin barəsində hüquqi şəxs qismində və onun barəsində vəzifəli şəxs qismində ayrı-ayrılıqda inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokolların tərtib edilməsinə əsas olaraq Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsi olmuşdur. Halbuki, artıq Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmişdir. Həmçinin, bir xətanın baş verməsinə baxmayaraq vəzifəli şəxs kimi həm onun, hüquqi şəxs kimi isə həm də Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin barəsində ayrıayrılıqda inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bu isə həm onun, həmçinin də bələdiyyənin vəziyyətini ağarlaşdıran hal kimi hesab edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X8 Xidməti X3 onu və bələdiyyəni ayrı şəxslər kimi nəzərdə tutaraq onun və bələdiyyənin barəsində ayrı-ayrılıqda inzibati araşdırmalar aparsa da, onun və bələdiyyənin barəsində aparılmış inzibati araşdırma ilə bağlı ona və bələdiyyəyə ayrı-ayrılıqda lazımi məlumatlar verilməmişdir. Bu isə vəzifəli şəxs olaraq onun, hüquqi şəxs olaraq isə bələdiyyənin hüquqlarının pozulması ilə nəticələnmişdir. Yəni, o və bələdiyyə barələrində aparılmış inzibati araşdırma barədə ayrı-ayrılqda ətraflı məlumat əldə edə bilməmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X8 Xidməti Şəki- X9 mənim və bələdiyyənin barəsində ayrı-ayrılıqda apardığı inzibati araşdırma üzrə ona və bələdiyyəyə ayrı-ayrılıqda hansı məlumatları verməsini sübut etməlidir, bununla bağlı ona və bələdiyyəyə ayrı-ayrılıqda göndərdiyi məlumatlara dair bildirişlərə dair poçt sənədlərini məhkəməyə təqdim etməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X8 Xidməti X3 tərəfindən inzibati araşdırma aparılarkən onun və bələdiyyənin iştirakı lazımi qaydada təmin edilməmiş, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X8 Xidməti X2 nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün ondan və bələdiyyədən mükəmməl olaraq istifadə etmişlər. Ümumiyyətlə, bələdiyyənin və onun həmən hərəkətlərində hazırki inzibati xəta haqqında protokolda nəzərdə tutulmuş xətanı törətməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X8 Xidməti Şəki-X1suz hərəkətləri nəticəsində hüququları pozulduğundan məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında izahat verən şikayətçi X10 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Bələdiyyə işçilərinin istehsalatda bədvbəxt hadisələr və peşə xətəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmalı olduqlarının məcburi olduğunu bilməmişdir. Əmək müfəttişliy tərəfindən ona göndərilən bildiriş məktubunu 17 iyun 2024-cü il tarixdə almış, lakin xəstə olduğu üçün xx.xx.2024-cü il tarixdə Əmək müfəttişliyinə gedə bilməmişdir. Xəstə olması barədə müfəttişliyin əməkdaşına mobil telefonla məlumat vermişdir. İşin bu qədər ciddi olduğunu tam olaraq anlamadığından xx.xx.2024-cü il tarixdə işçiləri icbari sığorta etdirmişdir. Odur ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 nümayəndəsi X11 bildirmişdir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X10 bələdiyyə işçilərini istehsalatda bədvbəxt hadisələr və peşə xətəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamadığından ona xx.xx.2024-cü il tarixdə bildiriş məktubu göndərilərək xx.xx.2024-cü il tarixdə Əmək müfəttişliyində olması bildirilmiş və işin halı izah edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən tarixədək bələdiyyə işçilərini icbari sırortasını təmin etsəydi barəsində inzibati xəta haqqında protokol tərtib edilməzdi. X12 mobil telefon vasitəsi ilə də, Əmək müfəttişliyinə gəlməsi və işin halları izah edilsə də, göstərilən tarixdə müfəttişliyə gəlməmişdir. Belə olan halda Əlvida Calalovun barəsində İXM-nın 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər X8 Xidmətinin X3dən tələb olunaraq araşdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X8 Xidmətinin X3 tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib olunuşdur. X8 Xidmətinin X3 tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. X8 Xidmətinin X3 tərəfindən Şəki Rayonu Kiçik Dəhnə bələdiyyəsinə ünvanlanmış 12 iyun 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Şəki Rayonu Kiçik Dəhnə Bələdiyyəsinin işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xətəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanmadığı müəyyən edilmişdir. Bələdiyyə sədi xx.xx.2024-cü il tarixdə saat 10:30-da X8 Xidmətinin X3nə dəvət edilmiş və həmin tarixədək, qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı təqdim edilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, beş nəfər bələdiyyə işçisi istehsalatda bədvbəxt hadisələr və peşə xətəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən Aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. 4-cü maddəsinə əsasən bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi X10 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. X6 məhkəmə iclasında verdiyi izahatında və iş materiallarında olan sənədlərdən də, müəyyən edildi ki, Şəki Rayonu Kiçik Dəhnə bələdiyyəsinin işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xətəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmalı olduqları halda bələdiyyə sədri tərəfindən sığortalanmamış, bundan başqa X8 Xidmətinin X3 tərəfindən də, xəbərdarlıq edilməsinə baxmayaraq Əlvida Calalov bələdiyyə işçilərini müəyyən edilmiş müddətə icbari sığortasını həyata keçirməmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X6 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Beləliklə məhkəmə, şikayətçi X6 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X3 tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar