Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-63/2021 26.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan Şəki şəhəri, Ç.Mustafayev küçəsi, 48 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 558/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs icra sənənində göstərilən əmlaklar olmadıqda onların dəyəri alınaraq X1 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-558/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs icra sənənində göstərilən əmlaklar olmadıqda onların dəyəri alınaraq X1 verilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixində icraata daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin, könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. icra sənədinin icrası borclu Şəxs yaşadığı xx.xx.2020-ci il tarixində ünvan 2 ünvanında yerləşən mənzildə təyin edilmiş, həmin vaxt icra sənədində göstərilən əmlakların bir qismi akt tərtib edilərək tələbkara təhvil verilmiş, lakin 4930 manat dəyərində qızıl-zinyət əşyalarının borcluda olmadığı müəyyən edilmişdir. Həmin vaxt borclu Şəxs qeyd edilən əşyaları onda olmadığını bildirmiş, belə olan halda onların dəyəri olan 4390 manat məbləğində pul vəsaitinin ödənilməli olduğu nəzərinə çatdırılmışdır. Lakin, onun tərəfindən borc məbləği ödənilməmişdir. xx.xx.2020-ci il tarixində rəsmi xəbərdarlıq edilərək 4390 manat məbləğində pul vəsaitini ödəməsi tələb edilmiş, əks halda inzibati məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılmışdır. Lakin, həmin xəbərdarlıqdan sonra onun tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Tələbin icrası məqsədi ilə bir neçə dəfə mobil telefon vasitəsi ilə İcra və probasiya şöbəsinə dəvət edilən Şəxs çağırışlara gəlməmiş, bununla bağlı xx.xx.2021-ci il tarixində icra məmurları onun yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə getmişlər. Borclu həmin vaxt icra məmurları tərəfindən onların tələbi ilə İcra və probasiya şöbəsinə gətirilmişdir. Ondan bir daha icra sənədinin mahiyyəti və bununla bağlı qanunvericiliyin tələbləri nəzərinə çatdırılaraq 4390 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, lakin o qətiyyən həmin borcu ödəməyəciyini bildirmişdir. Yazılı formada verdiyi izahatda qeyd etmişdir ki, məhkəmə qərarının tələbi ona tam aydın olmasına baxmayaraq həmin qərarla razı deyil, ona görə də heç bir halda qeyd edilən borcu ödəməyəcəkdir. Beləliklə, borclu Şəxs dəfələrlə tələb edilməsinə baxmayaraq qeyd edilən borc məbləğini ödəməmiş, məhkəmə qərarı ilə razı olmadığını və heç bir halda borcu ödəməyəcəyini verdiyi izahatında açıq şəkildə bildirmişdir. Bununla da, Şəxs icra sənədini qərəzli olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-558/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan icra sənənində göstərilən əmlaklar olmadıqda onların dəyəri alınaraq X1 verilməlidir. Lakin o, Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə razı deyil. Belə ki, həmin qərarda göstərilən qızıl-zinət əşyalarını X2 məhkəmədən əvvəl aparmışdır. Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti də vermiş, lakin şikayəti təmin edilməmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə borc məbləğini ayda 10-15 manat ödəyə bilər. Göstərmişdir ki, borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, aliment məbləğinin ödəməməkdə qərəzi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. Belə ki, borclu icra şöbəsində ümumiyyətlə icra sənədini qəbul etməmiş və mövcud borcunu ödəməyəcəyini bildirmişdir. Lakin o, məhkəmə iclasında mövcud borcundan ayda 10-15 manat ödəyə bilcəyini qeyd etmişdir ki, məhkəmə də bunu əsaslı hesab etmir. Belə ki, əgər borclu borcunu ayda 10-15 manat ödəyərsə bu 27-30 il edir ki, bu da məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxx 2021-ci il tarixdən, saat 12:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2021-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-63/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-63/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver