Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-63/2023 23.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X11 Vəkil Bürosunun vəkili X9 iştirakları ilə 24 avqust 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2067/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədi üzrə ödəməli olduğu borcunun ödənişindən qərəzli olaraq yayınmışdır. Beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2067/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. Sözügedən icra sənədi şöbənin icraatına daxil olmuş və müvafiq bildiriş göndərilməklə icra sənədinin könüllü şəkildə icra edilməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Lakin, o, icra sənədinin icrasını könüllü müddət ərzində tam şəkildə təmin etməmişdir. Bundan sonra borclunun əmlak vəziyyətini öyrənmək, bank və kredit təşkilatlarında pul vəsaitinin, qızıl-zinət əşyalarının olub-olmamasını, sosial sığorta ödəyicisi olub-olmaması, adına avtonəqliyyat vasitəsinin qeydiyyata alınıb-alınmamasını müəyyən etməkdən ötrü müvafiq sorğular verilmişdir. Nəticədə borcluya məxsus olan yə tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin, banklarda, kredit təşkilatlarında pul vəsaiti və qızıl-zinət əşyalarının olmadığı və adına avtonəqliyyat vasitəsinin qeydiyyata alınmadığı aşkar edilmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilərkən tələbin yönəldilə biləcək əmlak aşkar edilməmişdir. 11 yanvar 2023-cü il tarixdə borclunun axtarılması barədə axtarış qərar qəbul edilərək Şəki ŞRPŞ-nə göndərilmişdir. Borclu 23 yanvar 2022-ci il tarixdən, saat 14:00 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da məhkəməyə gətirilmişdir. Hazırda borclunun 700 manat borcu vardır. Belə ki, borclu aliment borcundan heç bir ödəniş etməmişdir. Əvvəllər hesablanan borc tələbkar X4 tərəfindən verilmiş ərizə əsasında silinmişdir. Bu səbəbdən də onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2067/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli icra sənədinə əsasən X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. Hazırda əmək fəaliyyəti ilə məşğul olmadığından maddi gəliri yoxdur. Bu səbədən də aliment borcunu ödəyə bilməmişdir. Bu günki tarixə 700 manat aliment borcu vardır. Borcunu gələcəkdə imkan daxilində hissə-hissə ödəyəcəyinə söz verir. Əməlindən peşmandır. 23 yanvar 2023-cü il tarixdən, saat 14:00 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra saat 16:30-da məhkəməyə gətirilmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. X11 Vəkil Bürosunun vəkili X12 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şərh edilənlərlərlə yanaşı, Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, aliment borcundan heç bir ödəniş etməməsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edirəm. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, X3 23 yanvar 2022-ci il tarixdən, saat 14:00 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 23 yanvar 2023-cü il tarixdən, saat 14:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 23 yanvar 2023-cü il tarixdən, saat 14:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 23 yanvar 2023-cü il tarixdən, saat 14:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Şəki Rayon Məhkəməsinin hakimi Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-63/2023 23 yanvar 2023-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Muradova Hörmətli Azər müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-63/2022 nömrəli, 23 yanvar 2023-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .
Məhkəmə qərarları › İş №3(075)-63/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-63/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver