Məhkəmə qərarları › İş №3(075)-631/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-631/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-631/2022 05.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis mayoru X5, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs YPX inspektoru, polis baş serjantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Ukrainanın Bilaserkov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Vətən Müharibəsi qazisi, əlilliyi olmayan, ali təhsilli, fərdi əməklə məşğul olan, işləməyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla ünvan 1ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 05 sentyabr 2022-ci il tarixli İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 04 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində polis əməkdaşlarının qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Həmçinin işdə olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 327.1, 329.1, 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis mayoru X9 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində YPX inspektoru, polis baş serjantı Bəhruz Səfərov YPX inspektoru, polis kiçik serjantı Rəşad Nəbizadə ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmətdə olduqları zaman VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobil dönmə işığından istifadə etmədiyi üçün tərəflərindən saxlama işarəsi verilmişdir. Bu zman sürücü sərt manevr edərək ara küçəyə girib avtomobili sürətlə idarə edib uzaqlaşmaq istəmişdir. Lakin həmin küçə dalan olduğu üçün uzaqlaşa bilməmişdir. Qeyd olunan avtomobil polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, onlar özlərini təqdim etmiş sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişlər. Sürücü isə sənədlərinin olmamasını bildirmişdir. Bu zaman sürücünün nəfəsindən kəskin spirtli içki iyi gəldiyi üçün polis əməkdaşları tərəfindən DYPB-nin inzibati binasına dəvət edilmişdir. İnzibati binanın həyətində sürücüdən avtomobilinin müvəqqəti duracağa yerləşdirilməsi məqsədilə avtomobilinin açarının təqdim edilməsini və avtomobilin müvəqqəti duracağa qoyma aktına imza atmasını xahiş etdikdə sürücü açarı verməkdən və akta imza imtina etmiş, habelə sərxoşluğunun müəyyən edilməsi məqsədilə alkotestr vasitəsilə yoxlanılan zamanı alkotestrdən keçməkdən imtina etmişdir. Bu zaman həmin avtomobildə sərnişin qismində olan avtomobilin sahibi X10 da alkoqol içkisinin təsiri altında polis inspektorlarının xidməti işlərinə müdaxilə etməyə başlayaraq həm özü, həm də sürücünün alkotestrdən keçməsinə imkan verməmişdir. Polis əməkdaşları onları dəfələrə nizam-intizama dəvət etsələr də onlar öz əməllərini davam etdirmişdilər. Belə olduqda həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində avtomobilin sahibi Siyəzən rayonu Yenikənd kənd sakini Şəxs və avtomobili idarə edən şəxsin Sumqayıt şəhər sakini X10 olması müəyyən edilmişdir. Bundan sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İXM-nin 327.1, 329.1, 329.3 və 333.1-ci maddələri üzrə inzibati xəta haqqında protokolu tərtib edən şəxs Şəki YPX inspektoru, polis kiçik serjantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Şəki şəhəri S.Mümtaz küçəsində YPX inspektoru, polis kiçik serjantı Rəşad Nəbizadə ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmətdə olduqları zaman VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşın dönmə işığından istifadə etmədiyi üçün tərəflərindən saxlama işarəsi verilmişdir. Bu zman sürücü sərt manevr edərək ara küçəyə girmiş sürətlə idarə edib uzaqlaşmaq istəmişdir. Lakin həmin küçə dalan olduğu üçün uzaqlaşa bilməmişdir. Qeyd olunan avtomobil tərəflərindən saxlanıldıqdan sonra özünü təqdim edib sürücüdən sənədlərini təqdim etməsini xahiş etdikdə sürücü sənədlərinin olmamasını bildirmişdir. Bu zaman sürücünün nəfəsindən kəskin spirtli içki iyi gəldiyi üçün tərəflərindən DYPB-nin inzibati binasına dəvət edilmişdir. İnzibati binanın həyətində sürücüdən avtomobilinin müvəqqəti duracağa yerləşdirilməsi məqsədilə avtomobilinin açarının təqdim edilməsini və avtomobilin müvəqqəti duracağa qoyma aktına imza atmasını xahiş etdikdə sürücü açarı verməkdən və akta imza imtina etmiş. habelə sərxoşluğunun müəyyən edilməsi məqsədilə alkotestr vasitəsilə yoxlanılan zamanı alkotestrdən keçməkdən imtina etmişdir. Buna görə də Şəki şəhərində həkimnarkoloq olmadığından məcburiyyət qarşısında qalaraq Oğuz rayonundan həkim narkoloq dəvət edilmiş və sürücünü müayinə etmişdir. Bu zaman həmin avtomobildə sərnişin qismində olan avtomobilin sahibi X10 da alkoqol içkisinin təsiri altında xidməti işlərinə müdaxilə etməyə başlayaraq həm özü, həm də sürücünün alkotestrdən keçməsinə imkan verməmişdir. Onlar həmin şəxsləri dəfələrə nizam-intizama dəvət etsələr də, onlar öz əməllərini davam etdirmişlər. Belə olduqda həmin şəxslər tərəflərindən polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində avtomobilin sahibi Siyəzən rayonu Yenikənd kənd sakini Şəxs və avtomobili idarə edən Sumqayıt şəhər sakini X10 olması müəyyən edilmişdir. Tərtib etmiş olduğu protokolu müdafiə etmiş və onun cəzalandırılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə istirahət etmək üçün dostu X10 ilə birlikdə, Orxana məxsus olan “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Qəbələ rayonuna gəlmişlər. Bir gecə Qəbələ rayonunda qalmış və axşam saat 11:00-dək 4 nəfərə 1 l orqanik araq içmişlər. Göstərmişdir ki, səhəri günü, yəni 04 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Şəki şəhərinə gəlməyi qərarına gəlmişlər. O, Qəbələ rayonunda olan zaman 1 bakal, 0,5 ml “xırdalan” markalı pivə alıb içmişdir. Bundan sonra onlar birlikdə nahar yeməyindən sonra Şəki şəhəri istiqamətində yola çıxmışlar. X2 olduğu üçün, avtomobilin açarını ondan almış, özü idarə etmişdir. Onlar Şəki şəhərinə daxil olduqdan sonra S.Mümtaz küçəsində qarşı hərəkət zolağında hərəkət edən YPX avtomobili manevr edərək onun idarə etdiyi avtomobilin arxasınca gəlməyə başlamışdır. O, arxasınca gələn YPX avtomobilini görməmiş, avtomobili döngələrdən birinə çevirərək, oradakı adamlardan birindən ünvanı soruşmuşdur. Bu zaman YPX avtomobili onlara yaxınlaşmış, YPX inspektoru ona yaxınlaşaraq onun sərxoş olduğunu bildirmişdir. O isə polis əməkdaşına içkili olmadığını bildirmişdir. Daha sonra onları Şəki DYPİ-ə dəvət etmişlər. Onlar Şəki DYPİ-ə gətirildikdən sonra inzibati binanın həyətində polis inspektoru onun barəsində akt tərtib edən zaman onunla polis əməkdaşları arasında mübahisə baş vermişdir. Belə ki, polis əməkdaşı avtomobildəki əşyaları tam olaraq qeyd etməmiş, həmçinin alkotesterlə analiz götürülən zaman o, xəstəliklə əlaqədar alkotestirin başlığının dəyişdirilməsini istədikdə polis əməkdaşı ona başqa başlığın olmadığını bildirmişdir. Bundan başqa polis əməkdaşı ondan alkotestrə uzun müddət nəfəs verməsini bildirmişdir. Lakin o uzun müddət nəfəs verməmişdir. Bu səbəbdən o, polis əməkdaşları tərəfindən tərtib olunan aktları imzalamaqdan imtina etmişdir. Bundan sonra onu Şəki ŞRPŞ-nə aparmışlar. Əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Aprel döyüşlərində və İİ Qarabağ döyüşlərində iştirak etmişdir. Fizuli və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısıdır. 25 sentyabr 2020-ci il tarixdən 16 oktyabr 2020-ci il tarixədək Vətən Müharibəsində olmuşdur.16 oktyabr da qəlpə yarası alaraq ayağı sınmış, əvvəlcə Əhmədbəyli hospitalına oradan da “Papanin” hospitalına yerləşdirilmişdir. O, döyüşlərdə sürücü işləmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 məhkəmə iclasında izahat verərək Şəxs qazi olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki YPX inspektoru polis kiçik serjantı X6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Şəki şəhəri S.Mümtaz küçəsində YPX inspektoru, polis baş serjantı Bəhruz Səfərovla birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmətdə olduqları zaman tərəflərindən VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə saxlama işarəsi verilmişdir. Bu zaman sürücü sərt manevr edərək ara küçəyə girib sürətlə idarə edib uzaqlaşmaq istəmişdir. Lakin həmin küçə dalan olduğu üçün uzaqlaşa bilməmişdir. Qeyd olunan avtomobil tərəflərindən saxlanıldıqdan sonra onlar özlərini təqdim edib sürücüdən sənədlərini təqdim etməsini xahiş etdikdə sürücü sənədlərinin olmamasını bildirmişdir. Bu zaman sürücünün nəfəsindən kəskin spirtli içki iyi gəldiyi üçün tərəflərindən DYPB-nin inzibati binasına dəvət edilmiş, inzibati binanın həyətində sürücüdən avtomobilinin müvəqqəti duracağa yerləşdirilməsi məqsədilə avtomobilinin açarının təqdim edilməsini və avtomobilin müvəqqəti duracağa qoyma aktına imza atmasını xahiş etdikdə sürücü açarı verməkdən və akta imza imtina etmiş, habelə sərxoşluğunun müəyyən edilməsi məqsədilə alkotestr vasitəsilə yoxlanılan zamanı alkotestrdən keçməkdən imtina etmişdir. Bu zaman həmin avtomobildə sərnişin qismində olan avtomobilin sahibi X10 da alkoqol içkisinin təsiri altında xidməti işlərinə müdaxilə etməyə başlayaraq həm özü, həm də sürücünün alkotestrdən keçməsinə imkan verməmişdir. Onlar həmin şəxsləri dəfələrə nizam-intizama dəvət etsələr də onlar öz əməllərini davam etdirmişdilər. Belə olduqda həmin şəxslər tərəflərindən polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində avtomobilin sahibi Sumqayıt şəhər sakini X10 və avtomobili idarə edən Siyəzən rayonu Yenikənd kənd sakini Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan 04 sentyabr 2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs İXM-nin 327.1, 329.1, 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 04 sentyabr 2022-ci il tarixli nəqliyyat vasitələrini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokoldan görünür ki, Şəxs danışan zaman nəfəsindən kəskin spirtli içki iyi gəldiyi üçün tibbi müayinəyə göndərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru Bəhruz səfərov tərəfindən “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişalı minik avtomobil saxlanması üçün duracağa qəbul edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 04 sentyabr 2022-ci il tarixli, 312 saylı protokoldan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 avqust 2022-ci il tarixdə, saat 20:50-də inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1, 329.3, 333.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.1-ci maddəsinə görə xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. İXM-nin 23.3-cü maddəsinə əsasən bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı olmasını, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 329.1, 329.3, 333.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar