Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-631/2024 22.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət qızının katibliyi, Şəki rayon Prokurorunun köməkçisi X7, Zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material üzrə işə açıq məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə X6 dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Prokurorluğu tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı tərtib edən orqan- Şəki rayon Prokurorluğunun nümayəndəsi X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs X6 dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. Faktla bağlı hadisəni törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati təsir tədbirlərinin görülməsi üçün, qəbul edilmiş qərar Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, qərarda göstərilən inzibati xətanı törətməsini etiraf edir. X1 ilə barışmışdır. Əməlində peşmandır. Barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X8 izahat verərək göstərdi ki, o, hazırda Şəxs ilə barışmış və ondan heç bir şikayəti yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan və həmin qərarın çıxarılmasına əsas olmuş materiallardan görünür ki, Şəxs qeyd edilən inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli 250 nömrəli ekspert rəyindən görünür ki, X2 çənəaltı nahiyyənin qançırı, sağ saidin sıyrıq izi küt əşyanın təsirindən əmələ gəlmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2024-cü il tarixinə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs X8 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, 3 (075)-631/2024 saylı iş üzrə barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs Şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxs X8 ilə barışmış, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə Şəxs qeyd olunan hərəkətləri özünün etiraf izahatı, Şəki rayon Prokurorluğundan daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi Şəxs hazırda təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında yanlız inzibati həbs və inzibati cərimə növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə əsasən, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Zərərçəkmiş şəxs X8 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında barışıq əldə olunmuş, həmçinin bu barədə X8 tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Belə olan halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməli olan cəzadan azad edilməli, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməli olan cəzadan azad edilsin, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-631/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-631/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver