Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-632/2024 22.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki Rayon Prokurorluğunun nümayəndəsi X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Oğuz rayonu, Kəhrizoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, 2-ci C.Əliyev döncəsi, 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material üzrə işə açıq məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində qardaşı X3 yaşadığı Şəki rayonu, Cəfərabad kəndindəki evində qardaşı arvadı X7 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu döymüşdür. Şəki Rayon Prokurorluğunun nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində qardaşı X3 yaşadığı Şəki rayonu, Cəfərabad kəndindəki evində qardaşı arvadı X7 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu döymüş, bununla da İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətasını törətmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, material toplanaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, ara-sıra atası evinə istirahət üçün getmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə atası evinə getmişdir. Həmin vaxt evin qapısının qıfılla bağlı olduğunu görmüşdür. O, qıfılı açıb evə daxil olmaq istəyəndə qardaşı və qardaşı arvadı zərərçəkmiş şəxs X7 gəlmişlər. Bu vaxt onlar arasında mübahisə olmuşdur. O, zərərçəkmiş şəxsə qarşı hər hansı fiziki müqavimət göstərməmişdir. Zərərçəkmiş şəxsin qeyd etdikləri yalan və böhtan xarakterlidir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X11 Vəkil Bürosunun vəkili X12 məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, qaynı Şəxs ilə aralarında uzun müddətdir ki, əmlak mübahisəsi vardır. Məhkəmə prosesləri həmişə onların xeyrinə olmuş və Şəki rayonu Cəfərabad kəndində yerləşən mübahisəli fərdi yaşayış evi tam şəkildə əri Nəriman Səmədovun xüsusi mülkiyyətinə keçmişdir. Şəxs isə həmin evdə heç bir payı yoxdur. Lakin Şəxs əsassız olaraq həmin evdən payı olduğunu iddia edir. O qanunsuz olaraq həmin evə daxil olmaq istəyir. Bununla bağlı dəfələrlə aralarında münaqişələr olmuşdur. Sonuncu dəfə də xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Şəxs Şəki rayonu Cəfərabad kəndində yerləşən ünvana qanunsuz olaraq zorla daxil olmaq istəmişdir. O və əri Nəriman isə Şəxs mane olmaq istəmişlər. Lakin Şəxs bununla bağlı münaqişə yaratmağa başlamış və zorla həyətə daxil olmuşdur. Evə daxil olmaq istəyən zaman o, Vəlyəddinə mane olmuş, bu səbəbdən aralarında münaqişə yaranmış, münaqişə zamanı Şəxs onun sol çiyin nahiyyəsindən tutub itələmiş, həmçinin onun sol üz nahiyyəsinə bir dəfə şillə vuraraq onu döymüşdür. Daha sonra Şəxs yenə ona xəsarət yetirmək istəyərkən Nəriman ona mane olmuşdur. Bildirmişdir ki, münaqişə onlar yas mərasimindən qayıtdıqdan sonra olub. Onlar evin qapısından içəri girən kimi Vəlyəddin onu vurmuşdur. Aralarında olan münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Daha sonra Şəxs oradan uzaqlaşmışdır. Münaqişə zamanı onlar üç nəfər olmuşlar, hadisəm görən başqa şəxs olmamışdır. Şəxs şikayətçidir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X15 07 iyun 2024-cü il tarixli, 242 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Sözügedən Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması nəticəsində və inzibati xəta haqqında materiallar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, X1 Vəlyəddin Vahid oğlu qohumluq münasibətində olmuşlar. Onların arasında daşınmaz əmlakla bağlı mübahisə vardır. 05 iyun 2024-cü il tarixdə X1 Vəlyəddin Vahid oğlu tərəfindən döyülməsi ilə bağlı polisə məlumat vermiş, Şəki şəhər-rayon Polis Şöbəsində aparılan müvafiq araşdırmadan sonra sonuncunun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İstər Şəki şəhər-rayon Rayon Polis Şöbəsində, istərsə də məhkəmə iclasında Şəxs İradə Səmədovanı vurmadığını bildirmişdir. Məhkəmə araşdırılması zamanı X4 Səmədov tərəfindən döyülməsini təsdiq edən mötəbər sübut əldə olunmamışdır. İşdə olan məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Göründüyü kimi hazırki işdə inzibati xəta hadisəsinin baş verməsi və Şəxs inzibati xəta törətməsi barədə təqsiri sübut olunmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-632/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-632/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver