Məhkəmə qərarları › İş №3(075)-633/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-633/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-633/2022 20.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli, EQ seriyalı 10500786 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşı tərəfindən barəsində qəbul edilmiş 06 iyun 2022-ci il tarixli, İXP seriyalı 10500786 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında şikayət ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən barəsində EQ- 10500786 nömrəli elektron qərar qəbul edilrək 50 manat məbləğində cərimə edilmişdir. Həmin elektron qərar qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, o, avtobus sürücüsüdür. Onların işlədiyi xətt üzrə dayanacaqlardan biri radarın əhatə dairəsindədir. O, dayanacaqda dayanan zaman başqa bir avtomobil yüksək sürətlə radara düşmüş, lakin cərimə ona gəlmişdir. Ona görə də EQ-10500786 nömrəli elektron qərardan narazı olduğu üçün məhkəməyə şikayət verməli olmuşdur. Barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli, İXP seriyalı 10500786 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşdə olan 06 iyun 2022-ci il tarixli, EQ seriyalı 10500786 nömrəli inzibati xəta haqqında elektron qərarda göstərilmişdir ki, X4 06 iyun 2022-ci il tarixdə idarə etdiyi “MERCEDES BENZ 208 D MİKROAVTOBUS” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, Salmaz Mümtaz küçəsində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 24 km/saat həddində aşmağa görə İXM-nin 328.2-ci maddəsinə əsasən əlli manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 346.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.3 və 330-cu maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin, həmçinin, videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Məhkəmə qeyd edir ki, 06 iyun 2022-ci il tarixli, EQ seriyalı 10500786 nömrəli elekrton qərarda olan fotoşəkillərdən müəyyən olunur ki, ** BL *** nömrəli avtomobil yolun sağ kənarında hərəkətsiz vəziyyətdə olmuşdur. Yolun ortası ilə hərəkətdə olan ağ rəngli yük avtomobili isə hərəkətsiz olan ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin solundan keçir. Hər iki fotoşəkildə ağ rəngli avtomobilin yerdəşməsi müşahidə olunsada ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin eyni yerdə qalması, həmin vaxt hərəkətsiz olması aşkardır. Qeyd olunanlar qərarda olan fotoşəkillərin müqayisəli tədqiqində aşkar görünür. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində 06 iyun 2022-ci il tarixdə qəbul edilmiş EQ-10500786 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində 06 iyun 2022-ci il tarixdə qəbul edilmiş EQ-10500786 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar