Məhkəmə qərarları › İş №3(075)-633/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-633/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-633/2024 26.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, X1 katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Şəki Regional Ədliyyə İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəki rayonu İnçə bələdiyyəsinin sədri Şəxs barəsində Şəki Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, İnçə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 10 saylı iclasının aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec təqdim edildiyi üçün İnçə bələdiyyəsinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan Şəki Regional Ədliyyə İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq işə Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs öz ifadəsində bildirdi ki, İnçə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 10 saylı iclasının aktlarının inzibati nəzarəti həyata keçirən orqana təqdim edilərkən qanunvericilikdə nəzərdə tutulan müddəti ötürülməsinin səbəbi İnçə kəndinin ərazisinə düşən selin fəsadlarının aradan qaldırılması işləri ilə məşğul olduğuna görə aktı vaxtında göndərməyi unudub. Məhkəmədən bunları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir İş materiallarında olan Bələdiyyələrlə iş portalından olan çıxarışdan görünür ki, bələdiyyənin aktı xx.xx.2024-cü il tarixdə qəbul edilmiş protokol 5 iş günü ötürülməklə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, Bələdiyyəyələrin fəaliyyətinə inzibati nəzarəti keçirən orqana mütləq təqdim edilməli olan İnçə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 10 saylı iclasının aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec təqdim edildiyi üçün İnçə bələdiyyəsinin sədri Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanununun 6.1.2. maddəsinə əsasən inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət yaranır. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar