Məhkəmə qərarları › İş №3(075)-634/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-634/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-634/2024 26.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayı yola patrul xidməti inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxxxx 1982-ci ildə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs tərəfindən 14 iyul 2024-cü il tarixdə İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol verilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayı yola patrul xidməti inspektoru, polis baş serjantı X2 xidmətdə olan zaman Şəki-Qax yolunda qəza hadisəsi baş verdiyindən, hadisə yerinə getmişdir. Hadisə nəticəsində Şəxs iri buyuzlu heyvanını asfalt örtüklü magistral yolun kənarında nəzarətsiz buraxaraq, zərərçəkmiş şəxsə maddi zərər vurduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hadisə 14 iyul 2024-cü il tarixdə axşam saatlarında baş vermişdir. Zərərçəkmiş şəxs avtomobili yüksək sürətlə idarə etmiş və nəticədə ona məxsus bir baş iri buynuzlu malı vurmuşdur. Qəza nəticəsində inəyi tələf olmamış, lakin xəsarət almışdır. Malı nəzarətsiz buraxdığını qəbul edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP-6402278 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şəki-Qax yolunun 4-cü kilometrində bir baş 78047 birkalı iri buyuzlu heyvanını asfalt örtüklü magistral yolun kənarında nəzarətsiz buraxaraq, zərərçəkmiş şəxsə maddi zərər vurduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Avtoservis və Ticarət” Respublika İstehsalat Birliyi Qax “Avtoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş 13 iyul 2024-cü il tarixli, 53 nömrəli aktdan görünür ki, sürücü X3 idarə etdiyi “Opel Astra” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat qəza hadisəsinə düşdüyündən avtomaşına baxış keçirilmiş və dəymiş ziyanın ümumilikdə 940 manat təşkil etdiyi aşkar olnmuşdur. Akt Qax “Avtoservis və Ticarət” müəssisəsinin direktoru V.M.Orucov, qaynaqçı cilingər S.Z.Möhsümov və sürücü S.V.Muradovun iştirakları ilə tərtib edilmiş və onlar aktı öz imzaları ilə təsdiq etmişlər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, həmçinin Şəki ŞRPŞ-dən daxil olmuş materialla təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:14 radələrində, özünə məxsus olan bir baş iri buynuzlu heyvanı asfalt örtüklü magistral yolun kənarında nəzarətsiz buraxmış, nəticədə həmin bir baş iri buynuzlu heyvan X4 məxsus avtomobilə çırpılmış və nəticədə X4 maddi zərər dəymişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar