Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-635/2021 29.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 07 avqust 1984-cü il tarixdə X6 kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əlilliyi olmayan, fərdi əməklə məşğul olan, Şəki X6 kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1523/2021 nömrəli, 09.08.2021-ci il tarixli icra sənədinə əsasə borclu Şəxs cəmi 23300 manat məbləğində borc və 30 manat rusum alınaraq iddiaçı X2 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1523/2021 nömrəli, 09.08.2021-ci il tarixli icra sənədinə əsasə borclu Şəxs cəmi 23300 manat məbləğində borc və 30 manat rusum alınaraq iddiaçı X2 ödənilməlidir. İcra sənədi 21.09.2021-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, borc məbləği ödənilməmiş qalmışdır. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə banklara və “Elektronİcra" sistemi vasitəsilə sorğular göndərilmiş, əldə edilmiş məlumatlardan borclunun adına heç bir pul vəsaiti və daşınar, daşınmaz əmlakın qeydə alınmadığı müəyyən müəyyən edilmişdir. Borclunun qeydiyyatda olduğu ünvanda əmlak vəziyyətinə baxış keçirimiş, tələb yönəldiləcək əmlak aşkar edilməmişdir. Borclunun yalnız işlədiyi, 260 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Həmçinin borclu digər taksi fəaliyyəti ilə də məşğul olduğunu bildirmiş, cəmi 600 manat gəlirinin olduğunu bildirmişdir. Əmək haqqı məbləği az, borc məbləği çox olduğundan tələb borclunun əmək haqqına yönəldilməmişdir. Borclu Şəxs 29.11.2021-ci il tarixli izahatında qalan borc məbləğini tam ödəyə bilmədiyini, iki il müddətində ödəyə biləcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 29 noyabr 2021-ci il tarixdən, saat 14:30-da radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə gətirilmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1523/2021 nömrəli, 09.08.2021-ci il tarixli icra sənədinə əsasə borclu Şəxs cəmi 23300 manat məbləğində borc və 30 manat rusum alınaraq iddiaçı X2 ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Lakin maddi imkanı aşağı olduğundan bu günədək borcunu ödəyə bilməmişdir. İşləyir, ayda 260 manat əmək haqqı alır. Bundan əlavə taksi fəaliyyəti ilə də məşğuldur, cəmi 600 manat gəliri olur. Hazırda olan borcunu 2 il ərzində ödəyə bilər. Tələbkar ondan ilkin olaraq 7 manat, sonrada hər ay 500 manat ödəməsini tələb edir. Lakin onun buna imkanı çatmır. Əlavə olaraq bildirdi ki, o, 29 noyabr 2021-ci il tarixdən, saat 14:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə gətirilmişdir. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 29 noyabr 2021-ci il tarixdən, saat 14:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 29 noyabr 2021-ci il tarixdən, saat 140:30-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 29 noyabr 2021-ci il tarixdən, saat 14:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 29 noyabr 2021-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-635/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-635/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver