Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-636/2020 23.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanovCahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, fərdi əməklə məşğul olan, Şəki şəhəri, T.Vahabova küçəsi, 3 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə Qax rayonu sakini, tanımadığı şəxsdən 2 ədəd narkotik vasitə almış, birini xx.xx.2020-ci il tarixdə Qax rayonunda qəbul etmiş, digərini Şəki şəhərində yerləşən evlərində xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Qax rayonu sakini, tanımadığı şəxsdən 2 ədəd narkotik vasitə almış, birini xx.xx.2020-ci il tarixdə Qax rayonunda qəbul etmiş, digərini Şəki şəhərində yerləşən evlərində xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə sərxoşluq halları müayinəsi zamanı sidiyində kannobis qəbulu aşkar edilmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə Qax rayonunda tanımadığı şəxsdən 2 büküm narkotik vasitələr almışdır. Həmin narkotik vasitənin birini həmin gün Qax rayonunda siqaretin içərisinə dolduraraq qəbul etmişdir. Digər narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Şəki şəhərində yaşadığı evdə qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən poli şöbəsinə gətirilmişdir. Polis şöbəsində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinə zamanı onun sidiyində kannobis qəbulu müəyyən edilmişdir. Etdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticələrinə dair Şəki Narkoloji Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəxs sidiyindən müayinə edilmiş və onun kannobis narkotik vasitə qəbul etməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-636/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-636/2020
23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver