Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-638/2020 02.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin DYPB-nin polis leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli, İXP ******* nömrəli inzibati protokola və onun əsasında qəbul edilmiş TP seriyalı, 405303 nömrəli qərar xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və onun əsasında qəbul edilmiş TP seriyalı, ******* nömrəli qərara xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında X2 məhkəməyə ərizə təqdim edərək, barəsində tərtib edilmiş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli qərardan vermiş olduğu şikayət ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə X1 ərizəsini nəzərə alaraq hesab edir ki, X1 barəsində tərtib edilmiş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və onun əsasında qəbul edilmiş TP seriyalı, ******* nömrəli qərara xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 barəsində tərtib edilmiş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və onun əsasında qəbul edilmiş TP seriyalı, ******* nömrəli qərara xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-638/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-638/2020
02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver