Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-638/2023 31.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X9 Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxx 1994-cü il tarixdə Şəki rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, Şəki rayonu, Cəyirli ərazi dairəsi, Cəyirli kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 31 iyul 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2443/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 880,40 məbləğində borc alınaraq “ABC Telecom" MMC-nin hesabına ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-1188/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3832,89 manat məbləğində borc və 58,73 manat məbləğində dövət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Qeyd olunan icra sənədiləri xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində xx.xx.2022-ci il tarixlərində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxıl olmuş və həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu X2 göndərilmişdir. Tərəflərindən borclu Şəxs əmlak və gəlir vəziyyətinin yoxlanılması, tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin, banklarda və digər kredit təşkilatlarında borclunun adına pul vəsaiti və digər sərvətlərin olub olmaması ilə bağlı Ədliyyə Nazirliyinin “Elekron İcra" informasiya sistemi vasitəsi ilə, banklara, müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu ilə xx.xx.2022-ci il tarixində Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1188/2022 saylı, xx.xx.2022-ci il tarixli sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs məxsus “***-***-**-**" saylı mobil nömrə ilə əlaqə saxlayaraq icra sənədinin icrası ilə əlaqədar olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gələrək icra sənədi üzrə icranı təmin etməyi tələb edildi. Borclu ödəniş edəcəyini və gələcəyini bildirdisə də izahat vermək üçün gəlməmişdir. Tərəflərindən xx.xx.2023-cü il tarixində borclunun ünvanına baxış keçirilmiş və borclunun həmin ünvanda olmadığı və yaşamadığı müəyyən edilmiş və borclunun olduğu yeri müəyyən etmək mümkün olmamışdır və borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixində polis əməkdaşları tərəfindən gətirilmişdir. Borclu xx.xx.2022-ci il tarixində izahat verərək icra sənədi üzrə borc məbləğini ödəməyə maddi cəhətdən imkanının çatmadığını bildirmişdir. Qeyd edilən icra sənədləri xx.xx.2023-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Borclu bugünədək qeyd edilən borc məbləğindən heçbir ödəniş etməmiş və nəticədə icra sənədi icra edilmədən qalmışdır. Bununla da icra sənədlərii üzrə tələbin icrası Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Həmçinin Şəxs Bakı şəhəri, X8 Aeroportunda yoxlanış zamanı, polis əməkdaşları tərəfindən saxlanılmış və 31 iyul 2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bu səbəbdən də onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Hazırda icra sənədləri üzrə olan borcunu ödəyə bilmir. Lakin qısa müddət ərzində ödəyəcəyinə söz verir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. X9 Vəkil Bürosunun vəkili X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1188/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, borclu Şəxs 3832,89 manat məbləğində borc və 58,73 manat məbləğində dövət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-2443/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 880,40 məbləğində borc alınaraq “ABC Telecom" MMC-nin hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş 20 iyul 2023-cü il tarixli e-bilet marşrut qəbzindən görünür ki, 28 iyul 2023-cü il tarixinə Şəxs Bakı şəhəri, X8 Aeroportundan Qazaxıstan Respublikasının Aktau şəhərinə bilet almışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 18 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1188/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 17 mart 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2443/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs barəsində Şəki rayonu üzrə axtarış elan edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu eyni zamanda 28 iyul 2023-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Qazaxstan Respublikasına getmək istəməsi də, icra sənədinin icrasından yayınmaq məqsədi daşımışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 31 iyul 2023-cü il tarixdən, saat 09:20-dən hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-638/2023 31 iyul 2023-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-638/2022 nömrəli, 31 iyul 2023-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .
Məhkəmə qərarları › İş №3(075)-638/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-638/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver