Məhkəmə qərarları › İş №3(075)-639/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-639/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-639/2023 31.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu Cəyirli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu tərəfindən tərtib edilmiş 31 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1085/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2391,76 manat borc alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 17103 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 725,49 manat borc alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1085/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2391,76 manat borc alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 17103 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 725,49 manat borc alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarla icraata başlanılmış və tələbin könüllü icrası ilə birlikdə borclunun ünvanına göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixindədə borcluya xəbərdarlıq məktubu göndərilərək borcunu ödəyərək Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməyi tələb olunmuşdur. Lakin, borclu bu tələbi yerinə yetirməmişdir. Ona görə də borclu barəsində xx.xx.2021 -ci il tarixə “borclunun məcburi gətirilməsi barədə” qərar qəbul olunaraq borclunun ünvanına göndərilmiş və borcludan Şəki rayonu üzrə icra və Probasiya Şöbəsinə gəlməyi tələb olunmuşdur. Lakin, borclu poçt xəbərnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə “borclunun məcburi gətirilməsi barədə” qərarı alsa da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclunun məcburi gətirilməsi üçün tərəfimizdən Şəki Rayon Məhkəməsinə təqdimat verilmiş və Şəki Rayon Məhkəməsi tərəfindən borclunun məcburi gətirilməsi barədə 8(075)-101/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad qəbul edilmişdir. Aparılan icra hərəkətləri nəticəsində borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2021-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki ŞRPŞ-yə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən borclu barəsində 821098 saylı axtarış işi açılmışdır. Borclu xx.xx.2023-cü il tarixdə Şöbəyə gəlmişdir, icra sənədinin icrası ilə əlaqədar olaraq borcludan izahatı alınmışdır. O, izahatında icra sənədindən və tərəfimizdən göndərilən bildirişlərdən məlumatı olduğunu, lakin imkanı olmadığından indiyədək çağrışlara gələ bilmədiyini bildirmişdir. Borclu icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı fikirinin əgər ona iki gün müddət verilsə borcundan 1500 manat ödəyəcəyini, qalan borcunu isə hər 100 manat olmaqla ödəmək olduğunu bildirmişdir. Lakin, borcluya izahatında qeyd etdiyi iki gün müddət verilsə də borcundan heç bir ödəniş etməmişdir. Borcludan xx.xx.2023-cü il tarixdə yenidən izahatı alınmışdır. Borclu izahatında hal-hazırda borcundan heç bir ödəniş edə bilməyəcəyini, ancaq bundan sonra hər ay borcundan cəmi 100 manat ödəyə biləcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 31 iyul 2023-cü il tarixdə saat 09:30-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1085/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2391,76 manat borc alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 17103 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 725,49 manat borc alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədindən məlumatı vardır. Maddi imkanı olmadığı üçün icra sənədində göstərilən borcunu ödəyə bilməmişdir. İmkanı olmadığı üçün icra məmurunun çağırışlarına da gəlməmişdir. Bildirmişdir ki, o, avto yuma məntəqəsində işləyir. Gündəlik 15 manat gəliri olur. Bundan başqa hər hansı gəlir yeri yoxdur. Onun hal-hazırda borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Borcunu hər ay 100 manat olmaqla, hissə-hissə ödəyə bilər. Əlavə olaraq bildirdi ki, o, 31 iyul 2023-cü il tarixdə saat 09:30-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra saat 16:00-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Salahov X1 Məhəmməd Əliş oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs məcburi qaydada 31 iyul 2023-cü il tarixdən, saat 09:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 31 iyul 2023-cü il tarixdən, saat 09:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 31 iyul 2023cü il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 31 iyul 2023-cü il tarixdən, saat 09:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar