Məhkəmə qərarları › İş №3(075)-640/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-640/2020

07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-640/2020 07.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 iştirakı ilə iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli, MN-0643363 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0625559 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, dostu X7 dəfn mərasimində, açıq havada, həyət evində karantin qaydalarını pozmadan xx.xx.2020-ci il tarixdə M.Ə.Rəsulzadə prospekti, ev 309 ünvanında saat 18:30 radələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci bəndinə əsasən qərəzli halda yazılmış 200 manat məbləğində cərimə protokolunun və Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X3 izahatında göstərdi ki, yaxın dostu olan X11 xx.xx.2020-ci il tarixdə səhər saatlarında rəhmətə getmişdir. Həmin gün, digər yaxın dostu bu barədə ona məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində dostu Rəsulov Mahirin dəfnində iştirak etmək üçün yas mərasiminə getmişdir. Lakin qəbr yerinin daşa çıxması ilə əlaqədar dostunun nəşini qəbrstanlığa bir az gec aparmışlar. Dostunun nəşini təxminən 17:00 radələrində Şəki şəhər qəbristanlığında torpağa tapşırmışlar və yas yerinə qayıdaraq təxminən saat 18:00 radələrinədək həmin yas mərasimində olmuşdur. Dəfn mərasimində dini axund “Covid-19” xəstəliyi ilə əlaqədar mərasimin bir gündə bitməsini elan etdikdə başsağlığına gələn qohumlar və qonşular dağılmağa başlamışlar. Həmin vaxt Şəki şəhər Polis Şöbəsinin 20-25 nəfər yüksək rütbəli zabitləri M.Ə.Rəsulzadə 309 ünvanına gələrək orada olan yaxın qohumlara o cümlədən ona cərimə tətbiq etməyə başlamışlar. Həmin vaxt karantin qaydalarının pozması barədə izahat da vermişdir. Bu səbəbdən ona da M.Ə.Rəsulzadə, ev 309 ünvanında həyət evində, açıq havada karantin qaydalarına əməl etməklə orada olduğu zaman dostunun evində təzyiq altında haray salaraq cərimə tətbiq etmişlər. Hesab edir ki, karantin rejimi qaydalarını pozmamışdır. Ona görə onun əməlində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı üçün Şəki ŞRPŞ-nin barəsində qəbul etdiyi qərar ləğv edilməlidir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X9 izahat verərək göstərdi ki, X8 xx.xx.2020-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində keçirilən yas mərasimində iştirak etmiş və buna görə də onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. X2 izahatı alınmış və o özünü qanunvericiliyin tələblərini pozmaqda təqsirli bilmiş və karantin rejimi qaydalarını pozuğunu etiraf etmişdir. Həmçinin göstərmişdir ki, X8 yas mərasimini təşkil edən şəxslərdən biri olmuşdur. Belə ki, yas yerində qoyulan stol və stullar, həmçinin quraşdırılmış çadır X6 məxsus olmuşdur. Hesab edir ki, ərizə əsassızdır. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin İTB-nin sahə rəisi, polis kapitanı X5 xx.xx.2020-ci il tarixli, MN-0643363 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0625559 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X8 xx.xx.2020-ci il tarixdə saat 18:30-da Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində hüzr məclisində iştirak edərək karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X4 Şəki ŞRPŞ-də verdiyi izahatının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində hüzr məclisində iştirak edərək karantin rejimi qaydalarını pozduğunu etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunmuşdur. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Göründüyü kimi X3 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:00-dan 18:00-dək Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yas mərasimində iştirak etmişdir. Eyni hal onun xx.xx.2020-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində hüzr məclisində iştirak edərək karantin rejimi qaydalarını pozmasını etiraf etməsi barədə vermiş olduğu izahatla da təsdiq edilir. Göstərilən əsaslarla məhkəmə X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli, MN-0643363 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-06255592 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin icraatına xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli, MN-0643363 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0625559 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar