Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-641/2024 18.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki şəhər-rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün 18 iyul 2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:18 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq inzibati xəta törətmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq nizam-iltizama dəvət etmiş, lakin o, yenə də öz əməllərini daha da aqresiv şəkildə davam etdirmişdir. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində tanışı Şahin Nəsirovla “Viva” çay evindən çıxaraq S.Rəhman küçəsi ilə gedən zaman səki təmir olduğundan yolun azca kənarı ilə söhbət edərək getmişlər. Həmin vaxt Şəki ŞRPŞ-nin Post-patrul xidmətinin əməkdaşları onları görüb saxlamış və ucadan səs küy saldıqlarını bildirərək üzərlərinə baxış keçirib polis şöbəsinə aparacaqlarını bildirmişlər. Bundan sonra o, polis əməkdaşlarına etiraz etdiyindən qısa mübahisə yaranmışdır. O, da polis əməkdaşlarına üstlərinə yoxlamağa ehtiyac olmadığını bildirərək post patrul maşınına oturub polis şöbəsinə gəlmişdir. Polis əməkdaşlarının qanuni tələbinə əməl etməklə heç bir tabesizlik göstərməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X7 ifadəsində göstərmişdir ki, o, polis serjantı ayxan İsayevlə birlikdə xidmətfə olarkən xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində iki nəfər şəxsin səs-küy salaraq yolda hərəkətda olan avtomobillərin qarşısına çıxaraq təhlükə yaratdıqlarını görmüşdür. Həmin şəxslər VAZ-2106 markalı minik avtomobilin qarşısına çıxıb təhlükə yaratmışdılar. Onlar həmin şəxslərdə nə baş verdiyi soruşduqda pivə içdiklərni bildirdilər. Təsadüfən avtopatrul həmin əraziyə yaxınlaşmışdır. Polis əməkdaşı Elvin Əfrizanov orada olmuşdur. Onlar həmin şəxslərin üzərlərini yoxlamaq istədikdə etiraz etmişlər. Daha sonra həmin şəxsləri polis şöbəsinə apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X8 ifadəsində göstərmişdir ki, xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində iki nəfər şəxsin səs-küy salaraq yolda hərəkətda olan avtomobillərin qarşısına çıxaraq təhlükə yaratdıqlarını görmüşdür. Digər polis əməkdaşları ilə onlara yaxınlaşaraq özlərini təqdim edib ictimai qaydalara riayət etmələrini xahiş etmişlər. Onlar tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətməkdə davam etmişlər. Bundan sonra onların üstlərinə baxış keçirdərək Polis Şöbəsinə gətirmək istədikdə Şahin Nəsirovun yanında olan Şəxs polis əməkdaşları ilə mübahisə edərək qanuni tələbə tabe olmaqdan imtina etmişdir. Şahin Nəsirov sadəcə üstlərinə baxış keçirilməsinə etiraz etmiş nizam-intizama dəvət etdikdən sonra onların qanuni tələblərinə əməl etmişdir. Həmin şəxslər tərəflərindən polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis baş serjantı X10, digər polis nəfəri, polis serjantları X3 və X6 şahid Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X8 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəslərində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 18 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:18 radələrində polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-13-109/1-16173/24 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində iki nəfər şəxsin səs-küy salaraq yolda hərəkətda olan avtomobillərin qarşısına çıxaraq təhlükə yaratdıqlarını görmüşdür. Polis əməkdaşları ilə onlara yaxınlaşaraq özlərini təqdim edib ictimai qaydalara riayət etmələrini xahiş etmişlər. Onlar tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətməkdə davam etmişlər. Sonradan adları məlum olan Şəxs və Şahin Nəsirovu nizam intizama dəvət etsələr də polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiklərindən polis əməkdaşları tərəfindən tutularaq Şəki şəhərrayon polis şöbəsinə gətirilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X13 tərəfindən tərtib edilmiş 18 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Ş.Nəsirovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ucadan nalayiq ifadələr işlətməsi və polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində Şəxs üzərinə baxış keçirmək istədiklərini, onun etiraz etdiyini bildirmişlər. Məhkəmə hesab edir ki, inzibati xətaya dair işlərdə şəxsin üzərinin yoxlanılması yol verilməzdir. Azərbaycan Respublikası İnzibati Xətaklar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu maddəsinin dipozisiyasından görünür ki, xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-641/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-641/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver