Məhkəmə qərarları › İş №3(075)-642/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-642/2020

25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-642/2020 25.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, Şəki şəhəri, Şərbablar küçəsində ucadan səs-küy salaraq, ictimai qaydanı pozmuş, xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, Şəki şəhəri, Şərbablar küçəsində ona karantin qaydalarına uyğun olaraq maska taxmasının vacibliyini bilditrən polis əməkdaşlarına qarşı kobudluq etmiş, həmin vaxt ətrafda olan insanların yanında ucadan səs-küy salaraq, ictimai qaydanı pozmuş, xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, Şəki şəhəri, Şərbablar küçəsində Vərəm Diaspanserinin yanında dayanmışdır, lakin koronovirus pandemiyasının yayılmasının qarşısını almaq üçün nəzərdə tutulan tibbi maskanı taxmamışdır. Ondan bir qədər aralıda isə digər şəxslər dayanmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq tibbi maskadan istifadə etməsini ona izah etmişlər. O, isə polislərə “lap bezdirmisiz, maska taxmayacam, mənə nə edəcəksiz” ki, demişdir. Bu zaman polis əməkdaşları ətrafda insanların olmasını və onun nalayiq ifadələr işlətməsini görüb onu nizam-intizama dəvət etmişlər. O isə polis əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz aqressiv hərəkətlərini davam etmişdir. Əsəbi olduğundan nə etdiyini, hansı nəlayiq ifadələr işlətdiyini xatırlamır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Lakin polis şöbəsinə getmək istəməmiş, onsuz da maska taxmayacağını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları onu zorla polis maşınına mindirib şöbəyə aparmışlar. Etdiyi hərəkətlər əsəbi olduğundan baş vermişdir. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılov Nəsimi Şöhrət oğlu ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə Şəki ŞRPŞ-nin manqa komandiri polis baş serjantı X7 şəhəri, Şərbablar küçəsində xidmətdə olarkən təxminən saat 09:00 radələrində «Vərəm dispanserinin» qarşısında bir neçə nəfərin dayandığını görmüşlər. Onlardan biri qoruyucu maskadan istifadə etmədiyi üçün yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsə olkə ərazisində koronavirus (Covid -19) infeksiyasının insanlar arasında kütləvi yayılmasını və qarşısının alınması məqsədilə açıq havada ictimai yerlərdə tənəffüs yollarını qoruyan vasitələrdən istifadə edilməsini izah edərkən həmin şəxs, onlara aqressiv şəkildə «lap bezdirmisiniz bizi, maska taxmayacam, mənə nə edəcəksiniz» deyərək səsküy salıb nalayiq ifadələr işlədərək onlara qarşı kobudluq etməyə başlamışdır. Onlar həmin şəxsə yol kənarının olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə, ətrafda olan vətəndaşların narahatçılığına səbəb olmasını izah edərək həmin şəxsi nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də həmin şəxs, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirdiyi uçün tərəflərindən məcburi şəkildə Şəki ŞRPŞ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 da şahid İsmayılov Nəsimi Şöhrət oğlu ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 09:00 radələrində Şəki şəhəri, Şərbablar küçəsində Vərəm Diaspanserinin yanında dostu Arzumanla dayanmışdır. Bu zaman ondan bir qədər aralıda bir nəfər şəxsin maska taxmadığına görə polis əməkdaşlarının ona yaxınlaşıb koronavirusa qarşı tibbi maska taxmasını demələrini görmüş və eşitmişdir. Bu zaman həmin şəxs polis əməkdaşlarına «lap bezdirmisiniz bizi, maska taxmayacam, mənə nə edəcəksiniz» deyərək səs-küy salıb nalayiq ifadələr işlədərək polislərə qarşı kobudluq etməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi sakitləşdirməyə çalışsalar da, həmin şəxs daha da aqressiv şəkildə polis əməkdaşlarına kobudluq etməyə davam etmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi xidməti avtomobi ilə polis şöbəsinə aparmış, həmçinin onu da polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılov Arzuman Möhlüd oğlu da şahid X2 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09:40-da inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 1 ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxx 2020-ci il saat 09:40-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar