Məhkəmə qərarları › İş №3(075)-642/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-642/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-642/2022 03.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə, Şəxs Rüfət oğlunun Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 3(075)- 642/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi haqqında vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs Rüfət oğlu vəsatətlə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 3(075)-642/2022 saylı inzibati iş üzrə qərarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rüfət oğlu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələbini pozduğuna görə barəsində İXP-4666107 nömrəli inzibati protokolların cəriməsini qanunla müəyyən olunmamış əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 3(075)-642/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rüfət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs Rüfət oğlu 03 noyabr 2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 3(075)-642/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Şəxs Rüfət oğlunun vəsatətindən, “Asan.pay.az” rəsmi intenet səhifəsindən 03 noyabr 2022-ci il tarixdə çıxarılmış son ödəniş məlumatlarından görünür ki, İXP-4666107 nömrəli inzibati xəta haqqında protokol üzrə borc (müvafiq cərimə və dəbbə pulu) ödənilmişdir. Şəxs Rüfət oğlu barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 3(075)-642/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına onun vəsatəti əsasında xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130, 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Rüfət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 3(075)-642/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar