Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-643/2024 02.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X11 Xidməti Şəki-Zaqata regional şöbəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin baş direktoru X7 iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3ndən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki-Zaqata regional şöbəsinin baş əmək müfəttişi X14 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələblərini pozaraq X11 Xidməti Şəki-Zaqata regional şöbəsinin X1 haqq hesabın ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, 3-17-5/2- 29460/224 saylı icrası məcburi göstəriş məktublarını xx.xx.2024-cü il tarixədək icra etməmişdir. Məhkəmə iclasında X11 Xidməti Şəki-Zaqata regional şöbəsinin nümayəndəsi X9 izahat verərək bildirdi ki, öhdəliklər var. Həmin öhdəliklər təsdiq edir ki, göstəriş əsaslıdır. Lakin Şəxs MMC göstərişin tələblərini icra etməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin baş direktoru X13 izahat verərək bildirdi ki, Tərlan Qasımovun onlara borcu vardır. Tərlan Qasımova qarşı iddia qaldırılmış, məhkəmə iclası zamanı da özü də onlara borcunun olduğunu etiraf etmişdir. Buna görə Tərlan Qasımova ödənilməli olan məvacibi ödəməmişlər. Hesab edir ki, inzibati xəta haqqında protokol əsaslı deyildir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki-Zaqatala Regional İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 03 iyul 2024-cü il tarixli, 3-17-5/12-42444/2024 saylı məktubda qeyd edilmişdir ki, X11 Xidmətinin X2 daxil olmuş X5 Şəxsndə əmək hüquqlarının pozulması barədə müraciətinin qanunamüvafiq qaydada araşdırılması zamanı məlum olmuşdur ki, əmək qanunvericiliyinin tələbləri pozularaq işçiyə aylıq əmək haqqı və son haqq-hesabı ödənilməmişdir. Qeyd edilənləri nəzərə alaraq T.Qasımova ödənilməli olan vəsaitin 30 (otuz) gün müddətində tam şəkildə ödənilməsi üçün xx.xx.2024-cü il tarixli, 3-17-5/2- 29460/2024 saylı icrası məcburi göstəriş verilərək, icranın nəticəsi barədə X11 Xidmətinin X2 rəsmi məlumat verməsi xahiş edilmişdir. T.Qasımova ödənilməli vəsaitin tam şəkildə ödənişinin təmin edərək nəticəsi barədə məlumat verilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 539.1-1-ci maddəsinin tələbinə əsasən hüquqi və vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmağa əsasdır. İcrası məcburi göstərişin icra müddətinin keçməsinə baxmayaraq tərəfinizdən göstərişin təmin edilməsi ilə bağlı rəsmi məlumat verilməmişdir. Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməniz məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10:00-da X11 Xidmətinin X2 (Şəki şəhəri, M.F.Axundov prospekti 56 “a”, tel: (***-***-**-**) və ya video konfrans vasitəsi ilə dəvət olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki-Zaqatala Regional İdarəsi tərəfindən Şəxs MMC-nə ünvanlanmış 16 may 2024-cü il tarixli, 3-17-5/2-29460/2024 saylı icrası məcburi göstərişdə qeyd edilmişdir ki, X11 Xidmətinin X2 daxil olmuş X5 Şəxsndə əmək hüquqlarının pozulması barədə müraciətinin qanunamüvafiq qaydada araşdırılması zamanı məlum olmuşdur ki, əmək qanunvericiliyinin tələbləri pozularaq işçiyə aylıq əmək haqqı və son haqq-hesabı ödənilməmişdir. Qeyd edilənləri nəzərə alaraq T.Qasımova ödənilməli olan vəsaitin tam şəkildə ödənilməsini 30 (otuz) gün müddətində təmin edərək nəticəsi barədə X11 Xidmətinin X2 rəsmi məlumat verilməsi xahiş olunmuşdur. T.Qasımova ödənilməli vəsaitin tam şəkildə ödənişinin təmin edərək nəticəsi barədə məlumat verilməməsinin İXM-nin 539.1-1-ci maddəsinin tələbinə əsasən hüquqi və vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə başlanmağa əsas olması bildirilmişdir. - X5 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, ərizəsində onunla formal əmək müqaviləsi bağlandığını, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarıldığını, ona əmək kitabçasının verilmədiyini, onunla son haqq-hesab ödənilmədiyini göstərmişdir. - 2023-cü ilin yanvar ayı üçün hesablama cədvəlindən görünür ki, 2023-cü ilin yanvar ayı üçün Tərlan Qasımova 334,65 manat məbləğdə məvacib verilməlidir. - 2023-cü ilin fevral ayı üçün hesablama cədvəlindən görünür ki, 2023-cü ilin fevral ayı üçün Tərlan Qasımova 334,65 manat məbləğdə məvacib verilməlidir. - 2023-cü ilin mart ayı üçün hesablama cədvəlindən görünür ki, 2023-cü ilin mart ayı üçün Tərlan Qasımova 334,65 manat məbləğdə məvacib verilməlidir. - Şəxs MMC tərəfindən Tərlan Qasımova ünvanlanmış xx.xx.2023-cü il tarixli, 04- 2023 saylı xəbərdarlıq məktubundan görünür ki, Şəxs MMC-də xx.xx.2022-ci il tarixdən administrator vəzifəsinə gəbul olunmuş, işə gəbul olunan zaman mal-materialların və eyni zamanda əsas vəsaitlər və dövriyyə vəsaitləri tərtib olunmuş akt əsasında qəbul etmişdir. Hal-hazırkı dövrdə yaradılmış komissiya tərəfindən mal-material qalıqlarında 2796,88 manat çatışmamazlıq aşkar olunmuşdur. Eyni zamanda pul dövriyyəsində 4619,18 manat çatışmamazlıq və ödənilməmiş işiq pulu - 392 manat, “Badamlı” şirkətinə - 386,50 manat, azəriqaz - 599 manat aşkar olunmuşdur. Əsas vəsaitlərin və dövriyyə vəsaitlərin yoxlaması başa çatdırılmamışdır. Odur ki, yoxlamanın tam başa çatması üçün işə gəlib, yoxlamada iştirak edilməsi xahiş olunmuşdur. 10 gün müddətində heç bir səbəb olmadan işə gəlib yoxlamada iştirak etməsə, hüquq-muhafizə orqanlarına və Vergilər Nazirliyinə rəsmi müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 16-2023 saylı əmrdən görünür ki, “Hüquq” bölməsində “administrator” vəzifəsində işləyən X10 ilə bağlanmış 0126C6R000500 nömrəli əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə, yəni “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününü son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasının lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. - xx.xx.2023-cü il tarixli son haqq-hesab hesablaşma cədvəlindən görünür ki, administrator vəzifəsində işləyən işçiyə 341,7504 manat məvacib hesablanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-də işləmiş vətəndaş X10 ƏƏSMN yanında X11 Xidmətinə müraciət edərək, onunla formal əmək müqaviləsi bağlandığını, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarıldığını, ona əmək kitabçasının verilmədiyini, onunla son haqq-hesab ödənilmədiyini bildirmişdir. X11 Xidmətinin X3 tərəfindən Şəxs MMC-yə xx.xx.2024-cü il tarixdə göstəriş xarakterli məktub ünvanlanaraq, T.Qasımova ödənilməli olan vəsaitin tam şəkildə ödənilməsini 30 (otuz) gün müddətində təmin edərək nəticəsi barədə X11 Xidmətinin X2 rəsmi məlumat verilməsi tələb olunmuşdur. Lakin, göstərişdə nəzərdə tutulmuş bir aylıq müddətin keçməsinə baxmayaraq, Şəxs MMC məcburi göstərişin tələblərini xx.xx.2024-cü il tarixədək yerinə yetirməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs MMC-nin nümayəndəsi X5 onlara borclu olmasını, bununla bağlı məhkəmədə iddia qaldırdıqlarını bildirsə də, məhkəmə hesab edir ki, həmin borcun Tərlan Qasımova ödənilməli olması, məvacibin ödənilməməsi üçün əsas deyildir. Şəxs MMC hər bir halda vətəndaş Tərlan Qasımova ödənilməli olan məvacibi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödəməli, borcla bağlı məhkəmədə iddia qaldırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən X11 Xidməti Şəki-Zaqata regional şöbəsinin xx.xx.2024-cü il tarixli məcburi göstərişinin tələbləri vaxtında icra edilməmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkmə qərara aldı : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-643/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-643/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver