Məhkəmə qərarları › İş №3(075)-646/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-646/2021

01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-646/2021 01.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Umudlu Hikmət Nazim oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə iştirakı ilə xx.xx.1986-cı il tarixdə Şəki rayonu Qozlubulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, işləyən, Şəki rayonu Qozlubulaq kəndində ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 529.1 və 529.1-ci maddələri ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: MN ******* nömrəli inzibati xəta haqqında protokolun 1 nömrəli əlavəsindən görünür ki, Siyəzən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(059)-317/2019 nömrəli, 16.09.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 18.05.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.09.2019-cu il tarixindən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-198/2020 nömrəli, 05.06.2020-ci il tarixli icra sənədinə əsasən toy kaseti naturada borclu Şəxs alınaraq tələbkar X1 verilməlidir. MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən verilmiş 07.09.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi tərəfindən verilmiş 03.02.2021- ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Umudlu Hikmət Nazim oğlu məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hal-hazırki tarixə icra sənədi üzrə borclu Şəxs Siyəzən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(059)-317/2019 nömrəli, 16.09.2019-cu il tarixli icra sənədi üzrə 2070 manat məbləğində aliment borcu yaranmışdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 198/2020 nömrəli, 05.06.2020-ci il tarixli icra sənədi üzrə tələb, yəni toy kasetinin naturada verilməsi isə borclu Şəxs tərəfindən təmin edilməmişdir. Qeyd olunan icra sənədləri üzrə müvafiq olaraq 01.10.2019-cu il və 06.07.2020-ci il tarixli icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddətlər ərzində icra sənədləri üzrə tələblər borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədləri üzrə tələblərin tam olaraq icrası təmin edilməmişdir. İcra sənədləri üzrə tələbləri icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından borclu barəsində 29.01.2021 -ci il tarixində borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs barəsində Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən 08.02.2021-ci il tarixində 820752 saylı axtarış işi açılmışdır. 01.12.2021-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında halhazırda yaranmış 2070 manat məbləğində aliment borcunu tam olaraq ödəyə bilməyəcəyini, toy kasetinin onda olmadığını bildirmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzürlü səbəb göstərə bilməmişdir. Göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-198/2020 nömrəli, 05.06.2020-ci il tarixli icra sənədinə əsasən toy kaseti naturada borclu Şəxs alınaraq tələbkar X1 verilməlidir. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən verilmiş 07.09.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi tərəfindən verilmiş 03.02.2021- ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bildirmişdir ki, borclu 30.11.2021-ci il tarixdə Bakı şəhərində Asan xidmət mərkəzində saxlanılmış və 01.12.2021-ci il tarixdə saat 12:00-da Şəki İcra şöbəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, qeyd edilən icra sənədlərindən xəbəri vardır. Müəyyən miqdarda aliment ödənişləri etmişdir. Lakin hazırda 2070 manat aliment borcu vardır. Digər icra sənədləri üzrə də ödənişlər etməmişdir. 30.11.2021-ci il tarixdə Bakı şəhərində Asan xidmət mərkəzində saxlanılmış və 01.12.2021-ci il tarixdə saat 12:00-da Şəki İcra şöbəsinə gətirilmişdir. Hazırda ona vaxt verilsə müəyyən ödənişlər edə bilər. Ödənişləri pandemiya ilə əlaqədar edə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi izahat verərək göstərdi ki, borclu qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə tam təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 01 dekabr 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar