Məhkəmə qərarları › İş №3(075)-646/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-646/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-646/2022 19.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1, Şəki DYPB-nin YPX inspektoru, polis baş serjantı X4 iştirakı ilə, X1 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP-4861387 saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, TP- 5228364 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki DYPB-nin YPX inspektoru X6 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP-4861387 saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, TP- 5228364 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 31 avqust 2022-ci il tarixdə Şəki şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ 2107” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə hərəkətdə olan zaman, saat 12:46 radələrində Şəki DYPB-nin YPX inspektoru, polis baş serjantı X6 tərəfindən saxlama işarəsi verilərək saxlanılmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman polis inspektorları ona idarə etdiyi avtomobilin qarşı oturacağında azyaşlı uşaq otuzdurmasını və təhlükəsizlik kəmərindən istifadə etməməsini irad tutmuşlar. O isə polis əməkdaşlarına uşağın avtomobilin arxa oturacağında oturmasını və özünün isə təhlükəsizlik kəmərindən istifadə etdiyini bildirmişdir. Lakin polis əməkdaşları ona məhəl qoymayaraq onun inzinati xəta törətdiyini bildirmişlər. Belə olmuş onunla polis əməkdaşları arasında münaqişə baş verməməyi üçün təhlükəsizlik kəmərindən istifadə etmədiyini və avtomobildə qarşıda uşaq otuzdurmasını onlara bildirərək etiraf etmişdir. Göstərmişdir ki, onun bir tanışı ilə YPX əməkdaşları arasında münaqişə baş verdiyi üçün PPX çağırmışlar və onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Bu səbəbdən təhlükəsizlik kəmərindən istifadə etmədiyini və avtomobildə qarşıda uşaq otuzdurmasını etiraf etmişdir. Lakin onlara qərardan şikayət edəcəyini bildirmişdir. Bundan sonra Şəki DYPB-nin YPX inspektoru, polis serjantı X7 onun barəsində İXM-nin 329.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki, barəsində İXMnin 329.1 və 327.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki DYPB-nin YPX inspektoru X6 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 31 avqust 2022-ci il tarixdə Şəki şəhəri, H.Əliyev prospektində YPX xidməti avtomobilində xidmətdə olduqları zaman “VAZ 2107” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə qarşıda azyaşlı uşaq oturmasını görmüşlər. Belə olmuş həmin avtomobil tərəflərindən saxlanılmışdır. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sürücüyə törətdiyi inzibati xətanı bildirdikdə, sürücü uşağı arxa oturacaqda otuzdurduğunu bildirərək yalan danışmışdır. Lakin sürücünün qeyd olunan inzibati xətaları törətməsi onların video görüntü kameralarında öz əksini tapmışdır. Belə ki, sürücü video görüntüdə avtomobili idarə edərkən təhlükəzlik kəmərindən istifadə etməməsini və qabaq oturacaqda azyaşlı uşağını otuzdurmasını etiraf etmiş və bu hal məhkəməyə təqdim etdiyi SD diskdə öz əksini tapmasını qeyd etmişdir. Göstərmişdir ki, sürücü barəsində onun avtomobilinin qabaq oturacağında azyaşlı uşağını otuzdurması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edərkən sürücü hətta ona təhlükəzlik kəmərindən istifadə etməməsi ilə bağlı da protokol tərtib edib-etməməsini soruşmuşdur. Belə olmuş sürücü barəsində İXM-nin 329.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. Belə ki, işdə olan Şəki DYPB-nin YPX inspektoru, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş 31 avqust 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 31 avqust 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 329.1 və 327.2-ci maddələrinin tələblərini pozduğuna 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş sözügedən hadisənin lentə alınmış SD diskindən görünür ki, X5 idarə etdiyi “VAZ 2107” markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində qabaq sərnişin oturacağında azyaşlı uşaq otuzdurmasını, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməməsini etiraf etmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 İXM-nin 329.1 və 327.2-ci maddələrinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Bundan başqa iş materiallarından və işə əlavə edilmiş SD diskdən aydın olur ki, X5 inzibati xəta törətməsini etiraf etmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki DYPB-nin YPX inspektoru X6 tərəfindən X5 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP-4861387 saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, TP-5228364 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 Şəki DYPB-nin YPX inspektoru X6 tərəfindən X5 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP-4861387 saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, TP-5228364 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X3 Şəki DYPB-nin YPX inspektoru X6 tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP-4861387 saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, TP-5228364 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar