Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-648/2021 01.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 529.1 və 529.1-ci maddələri ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işlərə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən verilmiş 07.09.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.1, 34.2, 34.3 və 34.4-cü maddələrinin tələbləri nəzərə alınaraq hesab edir ki, 3(075)-648/2021 nömrəli iş 3(075)- 646/2021 nömrəli işlə birləşdirilməli və baxılaraq onlara yekun hüquqi qiymət verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəki Rayon Məhkəməsinin icraatında olan 3(075)-648/2021 nömrəli iş 3(075)- 646/2021 nömrəli işlə birləşdirilsin. Hakim Cahid İmanov.
Məhkəmə qərarları › İş №3(075)-648/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-648/2021
01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver