Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-649/2022 19.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, X1, iş üzrə protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YRX-nin inspektoru X2 iştirakı ilə X1 inzibati xəta haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon YPXB-nin əməkdaşları tərəfindən 10 avqust 2022-ci il tarixli İQ ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında şikayət ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə səhər saat 10:30 radələrində Şəki şəhəri H. Əliyev prospektində yerləşən “XXİ ƏSR” marketdən su alıb yolun kənarında park edərək saxladığı “VAZ 21214” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşdığı zaman avtomobilinin arxasında dayanan ** YP *** dövlət qeydiyyat nişanlı YPX avtomobilindən YPX-nin inspektoru Bəhman Tanrıverdiyev idarə etdiyi avtomobilə yaxınlaşaraq xidməti avtomobildə əyləşən komandirə yaxınlaşmasını demişdir. O, ** YP *** Dövlət Qeydiyyat nişanlı YPX avtomobilinə yaxınlaşarkən avtomobilin sağ qabaq oturacağında DYPB-nin Təbliğat Təşviqat üzrə inspektoru Tural Niftəliyevin və sürücü oturacağında isə Azər Quliyevin əyləşdiklərini görmüşdür. Bu zaman qabaq sağ oturacaqda əyləşən Təbliğat Təşviqat üzrə inspektor Tural Niftəliyev ondan avtomobilini DYPB-nin müvəqqəti duracağına aparmasını tələb etmişdir. O, bunun səbəbəni soruşduqda Tural Niftəliyev ona bunun yerində izah ediləcəyini bildirmişdir. O, etiraz etmədən avtomobilini Şəki ŞRPŞ-nin DYPB-nin müvəqqəti duracağına, Şəki ŞRPŞ-nin DYPB-nin inzibati binasının yerləşdiyi əraziyə sürmüşdür. Ora çatdıqdan sonra inspektor Tural Niftəliyev tərəfindən qanunsuzluğa yol verilərək diğər YPX-nin əməkdaşlarına göstəriş verərək idarə etdiyi avtomobilin duracağa yerləşdirilməsini demişdir. Bundan sonra İXP ******* nömrəli protokol tərtib olunmuşdur. O, tərtib edilmiş protokolu qanunsuz və əsassız hesab edir. Odur ki, pozulan hüquqlarının bərpası ilə bağlı məhkəmiyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərtib olunmuş və ona imzalanmağı üçün verilmiş protokolla sistemə yerləşdirilən protokolla uyğunsuzluq olduğunu aşkar etmişdir. Haqqında tərtib edilmiş və imzalağıdım protokolda 329.1, 342.2.4 və 342.2 məddələrinin pozulduğu qeyd edilmişdir. Bundan əlavə olaraq protokolun tərtib olunmasına 342.2.4 maddəsi əsas göstərilmişdir. Lakin mobil nömrəsinə göndərilmiş sms bildirişdə isə 342.2.3 maddəsi əsas göstərilmişdir. Heç bir texniki ekspert təyin olunmadan avtomobilimin arxa oxunda olan yayların kəsik olduğu qeyd edilmişdir. Lakin yaylarda heçbir kəsik olmamışdır. Yayların 8 (səkkiz) ildir istifadə olunması və arxa baqaj hissəsində yüklərin olması səbəbindən həmin vaxtı yığılmışdır. Belə ki, avtomobilin yük yerində iki kisə qum və bir kisə arpa olmuşdur. Qumu evində aparılan təmir işləri ilə bağlı almışdır. YPX-nin inspektoru Bəhman Tanrıverdiyevə baqajda yerləşən yükləri göstərməsinə baxmayaraq buna məhəl qoymamışdır. Avtomobilin arxa oxlarından yayları çıxararkən onları mobil telefonu ilə video qeydiyyata almışdır. Qeyd edilən səbəblərdən də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Protokol tərtib edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X4 məhkəmə iclasında göstərdi ki, X8 03 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi Vaz 21214 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozduğundan Azərbaycan Respublikası İXM-nin 329.1, 342.2.4 və 342.2-ci maddələrində göstərilmiş inzibati xətanı törətdiyindən İXM-nin 342.2.4-cü maddəsi ilə 150 manat cərimə edilmişdir. Daha sonra X5 barəsində eyni protokol üzrə Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin rəisi polis mayoru X7 tərəfindən qəbul edilmiş qərar əsasında X8 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. X8 İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, X8 idarə etdiyi avtomobilin arxa yaylarına müdaxilə edərək nəqliyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə səbəb olmuşdur. Şikayətin təmin olunmamasını xahiş edir. İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X4 tərəfindən qəbul edilmiş 03 iyul 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 03 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi Vaz 21214 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozduğundan Azərbaycan Respublikası İXM-nin 329.1, 342.2.4 və 342.2-ci maddələrində göstərilmiş inzibati xətanı törətdiyindən İXM-nin 342.2.4-cü maddəsi ilə 150 manat cərimə edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 3(075)-466/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nın inspektoru X4 tərəfindən X8 barəsindən qəbul edilmiş 03 iyul 2022-ci il tarixli, TP-5108575 saylı inzibati tənbeh vermə haqında qərar ləğv edilmiş, Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nın inspektoru X4 tərəfindən X8 barəsindən qəbul edilmiş 03 iyul 2022-ci il tarixli, İXP-4731172 saylı inzibati9 xəta haqqında protokol baxılması üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin rəisi polis mayoru X7 tərəfindən qəbul edilmiş 10 avqust 2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə başlanılmış inzibati xətaya dair işin icraatına İXM-nin 53.0.1 ci maddəsi ilə xitam verilmişdir. İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin rəisi polis mayoru X7 tərəfindən qəbul edilmiş 10 avqust 2022-ci il tarixli ******* nömrəli tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1, 342.2.4 və 342.2-ci maddələrinə əsasən protokol tərtib olunmuş və həmin protokol əsasında İXM-nin 342.2.4-cü maddəsi ilə 150 manat cərimə edilmişdir. Həmin qərar məhkəmə qaydasında ləğv olunduqdan sonra yenə də eyni protokol əsasında X5 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətçi İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmədiyini, avtomobildə hər hansı dəyişiklik etmədiyini, yalnız ehtiyacları üçün kisə ilə qum və arpa alıb maşınında evə apardığını bildirir. Protokol tərtib edən şəxs isə avtomobilin arxa yaylarının şikayətçi tərəfindən bilərəkdən müdaxilə edilməklə qısaltdığını bildirir. Şikayətçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, şikayət ərizəsi əsaslıdır. Belə ki, şikayətçi tərəfindən məhkəməyə təqdim olunan diskə baxış keçirilərkən müəyyən olunur ki, X5 avtomobilinin arxa yayları yeniləri ilə əvəz olunarkən, avtomobildən çıxarılmış yayların ümumi formasında (halqaların sayında) dəyişiklik müşahidə olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, X5 barəsində Azərbaycan Respublikası İXMnin 342.2.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərar olsa da, qərarın nəyin əsasında (protokol) qəbul olunması görünmür. X5 barəsində olan xx.xx.2022-ci il tarixli qərarda isə qərarın xx.xx.2022-ci il tarixli XP4731172 nömrəli protokola əsasən qəbul edildiyi müəyyən olunur. Həmin qərarda X5 İXM-nin 342.2.3-cü maddəsində göstərilən inzibati xətanın tərədilməsi göstərilməmişdir. xx.xx.2022-ci il tarixdə isə avtomobilin yayları yenisi ilə əvəz olunmuşdur. xx.xx.2022-ci il tarixdə X8 İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmamışdırsa və həmin tarixdə avtomobilin yayları yeniləri ilə əvəz olunmuşdursa, artıq xx.xx.2022-ci il tarixdə İXM-nin 342.2.3-cü maddəsi ilə qərar qəbul olunanda X5 əməlinda inzibati xəta tərkibi mövcud olmamışdır. Bu səbəbdən də X3 barəsində qəbul edilmiş 10 avqust 2022-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş 10 avqust 2022-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X5 barəsində olan 10 avqust 2022-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-649/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-649/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver