Məhkəmə qərarları › İş №3(075)-65/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-65/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-65/2021 10.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X2, qərarından şikayət verilmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X13 oğlunun iştirakları ilə X2 Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X12 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X12 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 339.1-1, 342.5 və 211.1-ci maddələrinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini, həmin vaxt avtomobilinin saxlanılması üçün qanunla nəzərdə tutulan hər hansı bir qanuni əsas olmadan avtomobilinə saxlama işarəsi verdiyinə görə Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X8 barəsində ciddi tədbirlər görülməsi üçün təqdimat çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində nəzarətçisi vəzifəsində işləyir. Onun barəsində Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X12 tərəfindən xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin protokol və qərar qanunsuzdur. Belə ki, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən qanunvericilik kobud şəkildə pozulmuşdur. Əslində inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Qanuna əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər, həmçinin barəsindəki məlumatlar işəgötürən tərəfindən “icazə.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə vasitəsinə müraciət etməsinə ehtiyac yoxdur. O, həmin vaxt xidməti vəsiqəsini təqdim etmiş və icazəsi olduğunu bildirmişdir. Lakin Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X12 onun dediklərinə məhəl qoymamışdır. Buna görə də o, dərhal “102” xidməti ilə əlaqə saxlamışdır. “102” xidmətindən bildirmişlər ki, onun barəsində protokol tərtib oluna bilməz. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həqiqətən də saxlanılarkən idarə etdiyi Qaz-24 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmiş qaydada və müddətdə texniki baxışdan keçirilməmişdir. Həmin xəta üzrə cəriməni ödəməyə hazırdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X12 bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə Şəki şəhəri, M.Müşfiq küçəsində xidmətdə olarkən Qaz-24 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin təhlükəsizlik kəmərindən, o cümlədən dönmə əməliyyatı apararkən dönmə işığından istifadə etmədiyi müəyyən edilmişdir. Buna görə də avtomobilə “saxla” işarəsi vermişdir. Bundan sonra sürücüyə özünü təqdim etmiş, sənədləri tələb etmişdir. Yoxlama zamanı avtomobilin texniki cəhətdən nasaz vəziyyətdə olması, müəyyən edilmiş qaydada və müddətdə texniki baxışdan keçirilmədiyi aşkar edilmişdir. Bununla yanaşı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya və karantin rejimlərini pozulması faktı da aşkar edildiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 339.1-1-ci, 342.5-ci və 211.1-ci maddələri ilə İXP-3730315 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra protokolun surəti sürücüyə təqdim edilmiş, sonuncu protokolu imzalayaraq götürmüşdür. Həmin şəxs avtomobildə olan texniki nasazlığı yerində aradan qaldıra bilmədiyi üçün müvafiq akt tərtib edilərək Dövlət Yol Polis Bölməsinin müvəqqəti saxlama üçün duracağına yerləşdirilmiş, nasazlıq aradan qaldırıldıqdan sonra duracaqdan buraxılmışdır. Sürücü saxlanılarkən mülki formada olmuş və heç bir xidməti vəsiqə təqdim etməmişdir. Bundan əlavə yol patrul xidmətinin patrul avtomobilinə quraşdırılmış bort-komputer vasitəsi ilə yoxlayarkən onun sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazəsinin olmadığı, barəsində protokol tərtib edilən tarixə gün ərzində 2 (iki) dəfə SMS icazədən istifadə etməyi, protokol tərtib edilən saat icazəsinin olmadığı müəyyən edilmişdir. Belə ki, X7 xx xxxxxx 2021-ci il tarixdə, saat 09:35-dən 12:35-dək və 13:56-dan 16:56-dək SMS icazəsi almış, protokol isə saat 13:00-da tərtib edilmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, sürücü saxlanılarkən təhlükəsizlik kəmərindən, o cümlədən dönmə əməliyyatı apararkən dönmə işığından istifadə etməmiş, qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edilmişdir. Bundan başqa xidməti vəsiqənin təqdim edilməsi X5 vəzifəsi olduğundan və sistemdə SMS icazə ilə hərəkət etdiyi müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol qəbul etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İXMnin 329.1, 339.1-1, 342.5 və 211.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ tərəfindən X6 ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, 189-1720-1221 nömrəli məktubdan görünür ki, X5 xx xxxxxx 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin «102» xidmətindən daxil olmuş müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, sonuncu xx xxxxxx 2021-ci il tarixdə, Qaz-24 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən, o cümlədən dönmə əməliyyatı apararkən dönmə işığından istifadə etmədiyinə görə, Şəki şəhəri M.Müşfiq küçəsində saxlanılmış, yoxlama zamanı avtomobilin texniki cəhətdən nasaz vəziyyətdə olması, müəyyən edilmiş qaydada və müddətdə texniki baxışdan keçirilmədiyi aşkar edilmişdir. Bununla yanaşı, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya və karantin rejimlərini pozulması faktı da aşkar edildiyi üçün barəsində Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 339.1-1-ci, 342.5-ci və 211.1-ci maddələri ilə İXP-3730315 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, protokolu imzalayaraq surətini götürmüşdür. O, avtomobildə olan texniki nasazlığı yerində aradan qaldıra bilmədi üçün müvafiq akt tərtib edilərək Dövlət Yol Polis Bölməsinin müvəqqəti saxlama üçün duracağına yerləşdirilmiş, nasazlıq aradan qaldırıldıqdan sonra duracaqdan buraxılmışdır. Şikayətin araşdırılması məqsədilə, müraciətdə qeyd olunan (070)-216-41-31 mobil nömrəyə xx xxxxxx 2021-ci il tarixdə zəng edilərək telefon əlaqəsi yaradılmış, saxlanılarkən Penitensiar Xidmətin əməkdaşı olmağını barədə xidməti vəsiqə təqdim etməyinə baxmayaraq, barəsində yol patrul xidməti inspektoru Azər Quliyev tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya və karantin rejimlərini pozmağınızla bağlı inzibati xəta haqqında protokol tərtib edilməsindən şikayətçi olduğu qeyd edilmişdir. Şikayətin araşdırılması məqsədi ilə xx xxxxxx 2021-ci il tarixdə yol patrul xidməti inspektoru, polis baş serjantı Azər Quliyevin izahatı alınmışdır. Polis baş serjantı Azər Quliyev izahatında qeyd olunan avtomobili saxlayarkən sürücünün mülki formada olduğunu və heç bir xidməti vəsiqə təqdim etmədiyini qeyd etmişdir. Bundan əlavə yol patrul xidmətinin patrul avtomobilinə quraşdırılmış bort-komputer vasitəsi ilə yoxlayarkən onun sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazəsi olmadığı da müəyyən edilmişdir. Araşdırma zamanı yol patrul xidmətinin patrul avtomobilinə quraşdırılmış videokamera görüntüsünə baxış keçirilmiş, sürücünün idarə etdiyi Qaz-24 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılarkən, həqiqətən də onun mülki formada olduğu və heç bir xidməti vəsiqə təqdim etmədiyi müəyyən edilmişdir. Bundan əlavə yol patrul xidmətinin patrul avtomobilinə quraşdırılmış bort-komputer vasitəsi ilə yoxlama zamanı barəsində protokol tərtib edilən tarixdə, gün ərzində 2 (iki) dəfə SMS icazədən istifadə etməyi, lakin protokol tərtib edilən vaxt icazəsinin olmaması müəyyən edilmişdir. Belə ki, xx xxxxxx 2021 -ci il tarixdə, saat 09:35-dən 12:35-dək və 13:56-dan 16:56-dək SMS icazəsi alması, yol patrul xidməti inspektoru Azər Quliyev tərəfindən barəsində İXP-3730315 nömrəli inzibati xəta haqqında protokolun isə xx xxxxxx 2021-ci il tarixdə, saat 13:00-da tərtib edilməsi müəyyən edilmişdir. Araşdırma materiallarını nəzərdən keçirdikdə aydın olur ki, sürücü yol patrul xidməti inspektoru Azər Quliyev tərəfindən saxlanılarkən Penitensiar Xidmətin əməkdaşı olmağı barədə xidməti vəsiqə təqdim etməmiş, əksinə SMS icazəsindən istifadə etmişdir ki, həmin vaxt aldığı SMS icazənin də müddəti bitmişdir. Beləliklə də, yol patrul xidməti inspektoru Azər Quliyevin barəsində protokol tərtib etməsi ilə bağlı qanunazidd hərəkətlərə yol verməsi faktı müəyyən edilməmişdir. Odur ki, qeyd olunan cəriməni ödəməyi tövsiyə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin İXM-in 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 dekabr tarixli 488 nömrəli Qərarının 1 və 2-ci bəndlərinə əsasən əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. Həmin Qərarın 2.1.7-ci maddəsinə əsasən hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanlarının əməkdaşları, vəkillərin xidməti vəsiqə əsasında hərəkət etmələrinə yol verilir. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi İXP seriyalı, ******* nömrəli protokolda və onun əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X5 Azərbaycan Respublikasının İXM-nin 329.1, 342.5 və 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X7 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X12 xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi İXP seriyalı, ******* nömrəli protokola istinad etməklə X5 Azərbaycan Respublikasının İXM-nin 329.1, 339.1-1, 342.5 və 211.1-ci maddələri ilə təqsirli bilərək 200 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, X7 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində nəzarətçisi vəzifəsində işləyir və onun xüsusi karantin rejimi dövründə xidməti vəsiqə əsasında maneəsiz hərəkət etməsinə yol verilir. Bundan başqa X1 təhlükəsizlik kəmərindən, o cümlədən dönmə əməliyyatı apararkən dönmə işığından istifadə etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut (videoçəkiliş və s.) təqdim edilməmişdir. Göründüyü kimi X5 əməlində İXM-nin 329.1, 342.5 və 211.1-ci maddələrində göstərilən inzibati xəta tərkibi yoxdur. X3 əməlində özünün də etiraf etdiyi kimi Azərbaycan Respublikasının İXM-nin 339.1- 1-ci maddəsinin tərkib əlamətləri olduğundan ərizə həmin hissədə əsaslı deyildir. Buna görə də ərizə qismən təmin edilməli, Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X12 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 342.5 və 211.1-ci maddələri ilə bağlı hissədə, həmin protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 342.5 və 211.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, onun əməlində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tətbiq edilməsi üçün Şəki ŞRPŞ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X12 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 342.5 və 211.1-ci maddələri ilə bağlı hissədə, həmin protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 342.5 və 211.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Ərizə qalan hissədə təmin edilməsin. X5 əməlində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh verilməsi üçün Şəki ŞRPŞ-yə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar