Məhkəmə qərarları › İş №3(075)-65/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-65/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-65/2022 02.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1978-ci il tarixdə Şəki rayonu Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Cumakənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 02 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2- 2(84)-267/2018 saylı icra sənədinə əsasən Şəxs 26850 manat əsas, 500 manat cərimə və 13.03 manat dövlət rüsumu olmaqla, cəmi 27363.03 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-267/2018 nömrəli, 21 dekabr 2018-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs 26850 manat əsas, 500 manat cərimə və 13.03 manat dövlət rüsumu olmaqla, cəmi 27363.03 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi 06 fevral 2019-cu il tarixdə İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən nə könüllü icra müddəti ərzində, nə də ondan sonrakı dövrdə tələbin icrası təmin edilməmişdir. İcra sənədinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq borc ödənilməmiş, borcluya dəfələrlə xəbərdarlıq edilərək icra sənədi üzrə tələbin yerinə yetirilməsi tələb edilmiş, lakin borclu icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclunun rəsmi iş yeri olmasa da, verdiyi izahatlarında fərdi qaydada işlədiyini bildirmişdir. Borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən, tələbin əmlaka yönəldilməsini təmin etmək məqsədilə adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron icra” sistemi vasitəsilə sorğular göndərilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar, daşınmaz əmlak aşkar edilməmişdir. Borclu Şəxs 02.02.2022-ci il tarixli izahatında borcunu gələcəkdə ildə 1500 manat olmaqla ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 protokolu müdafiə etdiyini bildirdi. Qeyd etdi ki, hazırkı protokol məhkəmə tərəfindən 18 oktyabr 2021-ci il tarixdə qaytarılmış, borcluya ödəniş etməsi üçün şərait yaradılmışdır. Lakin borclu həmin müddət ərzində heç bir ödəniş etməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 02 fevral 2022-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 12:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2- 2(84)-267/2018 nömrəli, 21 dekabr 2018-ci il tarixli icra sənədinə əsasən ondan 26850 manat əsas, 500 manat cərimə və 13.03 manat dövlət rüsumu olmaqla, cəmi 27363.03 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədindən məlumatı olmuşdur. Borcundan Aqrolizinq ASC-nin özünə 7000-nə yaxın ödəniş etmişdir. Lakin ona ödənişlə bağlı çek verilməmişdir. Belə ki, savadsız olmuş, ödənişləri hara etmək lazım olduğunu bilməmişdir. Özü kasıb adamdır. Ailəsini güclə dolandırır. Lakin borcu da ödəməli olduğunu başa düşür. Ona görə də ildə 1500 manat olmaqla ödənilməsinə köməklik edilməsini xahiş edir. Bu gün 100 manat ödəniş edə bilir. Əlavə olaraq bildirdi ki, 02 fevral 2022-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:00-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 oğlu bildirdi ki, Şəxs borcunu ödəməməsinə səbəb onun maddi imkansızlığı və hüquqi savadsızlığıdır. Odur ki, bütün bunların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş borc məbləğini məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 02 fevral 2022-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 02 fevral 2022-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 02 fevral 2022-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 02 fevral 2022-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar