Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-650/2020 07.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Azərbaycan Respublikasının Qida Təhlükəsiszliyi Agentliyi heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun böyük məsləhətçisi X6 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Qida X5 Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qida X5 Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Azərbaycan Respublikasının Qida X5 Regional Bölməsnin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 200 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Qurum tərəfindən barəsində xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərkən o, həmin protokola etirazını bildirmişdir. Lakin nə ona qanunvericiliyə uyğun olaraq protokolun surəti verilmiş, nə də ki, inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün qurum tərəfindən çağırılmışdır. Lakin qurumun xx xxxxxxx 2020-ci il tarixli müşayiət məktubunda guya ona xx.xx.2020-ci il tarixli, 55/968 nömrəli məktubla xx.xx.2020-ci il tarixdə inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün dəvət göndərilməsi bildirilir. Halbuki, həmin məktub nə ona göndərilmiş, nə də ki, çatmamışdır. Bildirdi ki, o, öz evində, bütün tələblərə cavab verən bir şəraitdə heyvan kəsərək bazara gətirir. Bəzi işbazlar isə kiminsə fitvası ilə onları məcbur etmək istəyirlər ki, heyvanı bir hegemonun açdığı kəsim məntəqəsində kəssinlər ki, bircə həmin şəxslərin ciblərinə pul girsin. Əvvəla, həmin kəsinti məntəqəsində heç bir şərait, o cümlədən də sərəncamda qeyd edildiyi kimi laboratoriya yoxdur, antisanitariya baş alıb gedir. Oraya gətirilən heyvanların içərisində xəstə heyvanların da olması istisna olunmur. Təbidir ki, belə halda sağlam heyvanlara da bu xəstəlik keçə bilər, bu da ki, cəmiyyətin, insanların, alıcıların sağlamlığına mənfi təsir edə bilər. Həmin ət kəsinti məntəqəsi heç bir standartlara cavab vermir. Həmin binanın bir tərəfində, lap yaxınlığında çörək zavodu yerləşir, arxa tərəfində Axundov adına istirahət parkı, bir tərəfində isə "Uşaq aləmi" mağazaları, kafe, restoran və yaşayış məntəqələri yerləşir. Bundan başqa həmin məntəqədə heyvanların saxlanılması üçün yer olmalıdır ki, bu da yoxdur. O, öz evində bütün tələblərə cavab verən bir şəraitdə heyvan kəsərək bazara gətirir. Baytarlıq idarəsinin əməkdaşı tərəfindən bazara gətirdiyi ət məhsulu onun evinin həyətində yoxlanıla və möhür vurula bilər. Həmin qurumun əməkdaşlarına tərəfindən heç bir maneə törədilmir. Həmçinin heyvanın sözügedən kəsim məntəqəsində kəsilməsi artıq xərclərə görə maddi cəhətdən ona sərf etmir. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunsuzdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Qida Təhlükəsiszliyi Agentliyi heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun böyük məsləhətçisi X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, X4 heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olarkən “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2.4-cü və 17.2-ci maddələrinə əməl etməmişdir. Belə ki, vətəndaş satdığı qida məhsulunu baytarlıq ekspertizasından keçirməmiş və heyvanların kəsilməsi üçün ayrılmış məntəqədən kənar şəraitdə kəsərək satışa çıxarmışdır. Bununla əlaqədar vətəndaşa xəbərdarlıq edildikdə vətəndaş onlara demişdir ki, onun kəsdiyi heyvanları elə yerindəcə, yəni özünün həyətində ekspertizadan keçirsinlər. Lakin onların kəsim məntəqəsindən kənarda kəsilmiş heyvanları ekspertizadan keçirmək səlahiyyətləri yoxdur. Buna görə də X4 İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati protokol tərtib edilmiş və 200 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. Belə ki, işdə olan AQTA-nın ŞRB-nin rəisi X9 xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X4 İXM-nin 289.0.2-ci maddəsinin tələblərini pozduğuna 200 manat məbləğində cərimə olunmuşdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 İXM-nin 289.0.2-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə və tərəflərin izahatı ilə tam təsdiq edilmişdir. Belə ki, ərizəçi özü şikayət ərizəsində və məhkəmə iclasında verdiyi ifadəsində heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həmin məhsulların satışını və istehsalını təşkil etmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida X5 Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının Qida X5 Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 Azərbaycan Respublikasının Qida X5 Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-650/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-650/2020
07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver