Məhkəmə qərarları › İş №3(075)-650/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-650/2022

06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-650/2022 06.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixində Şəki rayonu, Vərəzət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əliliyi olmayan, Şəki rayonu, Vərəzət kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2134/2019-005 nömrəli, 10.12 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 5000 manat borc və 30,40 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" Siğorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 7572 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 418 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 7571 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 245,3 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 5542 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 192,16 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 7573 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 521,4 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2134/2019-005 nömrəli, 10.12 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 5000 manat borc və 30,40 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" Siğorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 7572 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 418 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 7571 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 245,3 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 5542 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 192,16 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 7573 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 521,4 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bildirmişdir ki, qeyd olunan icra sənədləri icraata daxil olan tarixlər üzrə icraata başlanılmış, həmin tarixlərdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin, həmin bildirişlərdə göstərilmiş müddətlərdə tələbin icrası tərnn edilməmişdir. Müvafiq qurumlara verilmiş sorğular nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak vo gəlirlər aşkar edilməmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar müxtəlif tarixlərdə dəfələrlə borcluya rəsmi xəbərdarlıqlar edilmiş, lakin borclu Şəxs həmin xəbərdarlıqlara heç bir məhəl qoymamış, icra sənədləri üzrə borcundan heç bir ödəniş etməmişdir. Eyni zamanda icra məmurunun çağırışları üzrə gəlməkdən boyun qaçırmış, məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilmiş, məcburi gətirilməsi barədə Şəki Rayon Məhkəməsinin 8(075)-120/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı qəbul edilmişdir. Qərardad icra edilməsi üçün Şəki ŞRPŞyə göndərilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə onunla rəsmi söhbət aparılaraq qanunvericiliyin tələbləri izah edilməklə icra sənədləri üzrə borcları ödəməsi tələb edilmiş lakin o, borclarının heç bir hissəsini ödəməmişdir. İzahatında borcu hissə-hissə hər ay 100 manat olmaqla ödəyə biləcəyini bildirmişdir. Bu günə qədər borclu tərəfindən borc məbləğindən heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən borclu Məcidov X1 Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu axtarışla xx.xx.2022-ci ildə saat 15:00-da İcra şöbəsinə gətirilmiş və sonra 17:00-da məhkəməyə təqdim edilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2134/2019-005 nömrəli, 10.12 2019-cu il tarixli icra sənədinə əsasən ondan 5000 manat borc və 30,40 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" Siğorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 7572 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 418 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 7571 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 245,3 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 5542 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 192,16 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 7573 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 521,4 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Maddi vəziyyəti ağır olduğu üçün və işləmədiyi üçün icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Bildirmişdir ki, o, sonucu dəfə 2 il əvvəl işləmişdir. 3-4 ay əvvələ qədər İİİ dərəcəli əlilliyə görə hər ay 110 manat pensiya almışdır. Hal-hazırda pensiyası kəsilmişdir. Bundan başqa gəlir yeri yoxdur. O, Bakı şəhərində olduğu üçün icra məmurunun çağırışlarına gələ bilməmişdir. Halhazırda borcundan hər ay 200 manat ödəyə bilər. Qalan borcundan 500 manatını bu ayın 15-də, qalanını isə hər ay 100 manat olmaqla hissə-hissə ödəyəcəkdir. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 15:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 06 sentyabr 2022-ci il tarixdən, saat 10:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 06 sentyabr 2022-ci il tarixdən, saat 15:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 06 sentyabr 2022-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Məcidov X1n Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 06 sentyabr 2022-ci il tarixdə, saat 15:00dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar