Məhkəmə qərarları › İş №3(075)-652/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-652/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-652/2024 23.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 23 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2084/2023 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-18617 saylı, xx.xx.2022-ci il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-10462 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-15018 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 81-19/36 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-235 saylı, xx.xx.2024-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-10328 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyindən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 02 iyun 2013-cü il təvəllüdlü X5 və 06 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla, cəmi 280 manat aliment tutularaq X6 verilməlidir. Aliment tutulmasının əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2084/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1460,63 AZN əsas borc, 235,15 AZN faiz borcu olmaqla cəmi 1695,78 AZN borc və ödənilmiş 36,96 AZN dövlət rüsumu borclu Şəxs tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ- 18617 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 59,91 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-10462 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 91,62 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-15018 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 83,35 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 81-19/36 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 87,38 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-235 saylı, xx.xx.2024-cü il tarixli icra sənədirə əsasən borclu Şəxs cəmi 516 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-10328 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 61,75 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. icra sənədləri müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu xəbərdarlığa məhəl qoymayaraq və icra sənədləri üzrə borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədlərində borclu Şəxs ünvanı ünvan 1mlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu Şəki rayonu, Qoxmuq kəndində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilən icra sənədləri üzrə (Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 162/2023 saylı, xx.xx.2023-cü il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 2084/2023 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-18617 saylı, xx.xx.2022-ci il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-10462 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-15018 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-19736 saylı, 04.11 2023-cü il tarixli, Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-235 saylı, xx.xx.2024-cü il tarixli və Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-10328 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri) bugünədək borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməmiş və nəticədə uzun müddət icra sənədlərinin icrası icra edilmədən qalmışdır. Ümumilikdə halhazırda şöbənin icraatında olan səkkiz icra sənədi üzrə borclunun 8232,75 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bununlada icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Borclu, bu gün saat 11:00-da şöbəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, fəhlə işləməklə qazanc əldə edir. Tələbkarla eyni ünvanda yaşayır. Buna görə də alimenti ödəməmişdir. Onun barəsində yanvar ayında da İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Ona vaxt verilsə, indidən sonra aliment borcunu hissə-hissə ödəyəcəkdir. Bu gün saat 11:00-da şöbəyə gəlmişdir. X13 Vəkil Bürosunun vəkili X14 izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, onlar eyni evdə yaşamırlar. Ayrı-ayrı otaqlarda qalırlar. Borclu sonuncu dəfə 50 manatlıq bazarlıq edib və 20 manat ət almışdır. Uşaqları xəstə olduğu vaxtda 40 manat və 70 manat dəyərində dərman almışdır. Borclu yanvar ayından bəri aliment borcundan ödəniş etməmişdir. Borcludan şikayətçidir, barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədində göstərilən borcdan hissə-hissə az məbləğlərdə ödəniş edilmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, borclu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, 21 fevral 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Borclu məhkəmə iclasında hər ay icra sənədi üzrə ödəməli olduğu aliment borcunu ödəyəcəyinə, ödənilməmiş qalan aliment borcundan hər ay artıq ödəniş edəcəyini öhdəsinə götürmüş, tələbkar isə borclunun uşaqlarının atası olması səbəbindən tutulmasını istəmədiyini, ondan şikayətçi olmadığını və onunla razılığa gəldiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir, buna görə də Şəki Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 3(075)-150/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir. Lakin borclu yenə də, icra sənədlərinin icrasından yayınmış məhkəmə iclasında verdiyi vədə əməl etməmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 23 iyul 2024-cü il tarixdə, saat 11:00-da Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gəlmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 23 iyul 2024-cü il tarixdən, saat 11:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 23 iyul 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 23 iyul 2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar