Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-653/2020 26.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1984-cü il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olmaqla, Şəki rayonu Aşağı Göynük kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-436/2012 nömrəli, xx xxxxxx 2012-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2012-ci ildən başlayaraq hər ay 80 manat miqdarında aliment tutularaq xx xxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün borclu Şəxs alınaraq tələbkar Bəşirova (Allahverdiyeva) Qələbə Əli qızına verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borcun ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-436/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2012-ci ildən başlayaraq borclu Şəxs hər ay 80 manat miqdarında aliment tutularaq xx xxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Bəşirova (Allahverdiyeva) Qələbə Əli qızının xeyrinə ödənilməlidir. İcra sənədi xx xxxx 2014-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və borclu Şəxs dəfələrlə şifahi və rəsmi şəkildə xəbərdarlıq edilərək ondan icra sənədi üzrə aliment borcunu ödəməsi tələb edilmişdir. Lakin borclu aliment pulundan az miqdarda ödənişlər edərək bununla kifayətlənmişdir. Eyni zamanda tərəfindən borclunun adına banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi daşınar və ya daşınmaz əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olub-olmaması barədə müvafiq orqanlara sorğular edilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu və yaşadığı Şəki rayonu Aşağı Göynük kəndində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Şəxs xx xxxxxxx 2015-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(075)-72/2018 saylı hökmü ilə bir il müddətinə azadlıqdan məhrum edilmişdir. İcra sənədi üzrə tələbkar Bəşirova (Allahverdiyeva) Qələbə Əli qızı borclunun hazırda 5383 (beş min üç yüz səksən üç) manat məbləğində aliment borcunun yarandığını bildirmiş və onun barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu ötən müddət ərzində aliment borcunun tam şəkildə ödənilməsini təmin etməyərəK icra məmurunun çağırış və rəsmi xəbərdarlığına məhəl qoymamış, Şəki rayonu üzrə icra və probasiya şöbəsinə gəlməmiş və gəlməməsi barədə heç bir üzürlü səbəb bildirməmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə xx xxxxxx 2020-ci il tarixdə yenidən onun axtarılması barədə qərar qəbul edilərək Şəki şəhər-rayon Polis şöbəsinə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə 820628 saylı axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə icra və probasiya şöbəsində izahatı alınmış, həmçinin rəsmi qaydada xəbərdarlıq edilərək icra sənədi üzrə aliment borcunun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu izahatlarında icra sənədi üzrə aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə aliment borcu 5383 (beş min üç yüz səksən üç) manat təşkil edir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı borclu Şəxs rəsmi şəkildə xəbərdarlıq edilməsinə və Şəki rayonu üzrə icra və probasiya şöbəsinə dəvət edilməsinə baxmayaraq borclu icra sənədi üzrə borcun tam şəkildə ödənilməsini təmin etməmişdir.Borclunun xx.xx.2020-ci il tarixdə Şəki rayonu üzrə icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə aliment borcunun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında hal-hazırkı tarixdə borc məbləğindən cəmi 80 manat ödəniş edə biləcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-436/2012 nömrəli, xx xxxxxx 2012-ci il tarixli icra sənədinə əsasən ondan xx xxxxxx 2012-ci ildən başlayaraq hər ay 80 manat miqdarında aliment tutularaq xx xxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Bəşirova (Allahverdiyeva) Qələbə Əli qızının xeyrinə ödənilməlidir. Borcunu ödəyə bilmədiyi üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(075)-72/2018 saylı hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum edilmişdir. Mart ayında azadlığa çıxdıqdan sonra hər ay mütəmadi ödənişlər etmişdir. Hazırkı aliment borcu onun hökm çıxarılanadək yığılmış aliment borcudur. Özü tütün zavodunda işləyir. Dekabr ayının sonuna kimi 2000 manat ödəniş edəcəyinə söz verir. Lakin hazırda heç bir ödəniş etməyə imkanı yoxdur. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatı və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (əvvəlki redaksiyada) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs qətnamənin icraya yönəldilməsindən keçən dövr ərzində yığılmış aliment borcundan ümumiyyətlə ödəniş etməməsi onun əməlində qərəzin olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-653/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-653/2020
26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver