Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-654/2020 26.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis leytenantı X1 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Şəki rayonu, Təpəcənnət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində 4 yol postunda karantin rejimi ilə əlaqədar yoxlama aparılan zaman ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində 4 yol postunda karantin rejimi ilə əlaqədar yoxlama aparılan zaman polis əməkdaşlarına qarşı kobudluq edərək, ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Şəki şəhərində işıq idarəsində fəhlə işləyir. xx.xx.2020-ci il tarixdə yaşadığı kənddən Şəki şəhərinə gələrkən 4 yol adlanan ərazidə xidmətdə olan polis əməkdaşları onun sərnişin kimi getdiyi avtomobili saxlayaraq şəxsiyyət vəsiqələrini vermələrini istəmişlər. O və sürücü şəxsiyyət vəsiqələrini verdikdə polis əməkdaşı onun Şəki şəhərinə girmələrinə icazələrinin olmadığını bildirərək, onun geri qayıtmasını bildirmişdir. Lakin o, polis əməkdaşına işdən çağırıldığını bildirərək geri qayıtmaqdan imtina etmiş və avtomobildən düşüb polis əməkdaşının yanına getmişdir. Bu zaman polis əməkdaşı ilə aralarında mübahisə yaranmış və bu təxminən 10-15 dəqiqə davam etmişdir. O, polis əməkdaşına işə getməyinin vacib olduğunu demişdir. Qəbul etmişdir ki, polis əməkdaşı ilə aqressiv və yüksək səs tonu ilə danışmış və onun qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşı zəng vuraraq PPX əməkdaşlarını çağırmış və PPX əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Göstərmişdir ki, iki azyaşlı övladı var, işıq idarəsində işləməklə 250 manat maaş alır. Düşünür ki. həbs olunacağı halda bu hal onun işinin itirilməsinə səbəb ola bilər. Həmin anda törətmiş olduğu əməlindən peşman olduğunu bildirdi. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Şəki rayonunda 4 dörd yol adlanan ərazidə stasionar postda karantin rejimi ilə əlaqədar xidməti yoxlama aparan zaman bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini, həmçinin kənd sakini olduğunu müəyyən etmişdir. O, həmin şəxsə yaxınlaşaraq tibbi maskadan istifadə etməsini və geri qayıtmasını bildirmişdir. Həmin şəxs isə avtomobildən düşərək onunla mübahisə aparmağa başlamış və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. O, həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də, həmin şəxs öz hərəkətlərinə davam etmişdir. Lakin həmin şəxs ona qarşı aqressiv davranmış, onun tələblərinə tabe olmayaraq ətrafdakı şəxslərin yanında onunla kobud davranmışdır. Demişdir ki, “sən kimsən ki, məni saxladırsan, sənin heç zabit rütbən belə yoxdur, camaatı lap bezdirmisiniz”. Daha sonra isə həmin şəxs polis şöbəsinə dəvət edilmişdir. İşə əlavə edilmiş “CD” diskdəki görüntülərdən də görünür ki, Şəxs polis əməkdaşı ilə yüksək səs tonu ilə danışır və ona qarşı kobudluq edir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-654/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-654/2020
26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver