Məhkəmə qərarları › İş №3(075)-654/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-654/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-654/2021 03.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, işləməyən, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki rayon Məhkəməsinin 2(075)- 1313/2020 saylı ,25.11.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 13000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq X1 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki rayon Məhkəməsinin 2(075)-1313/2020 saylı, 25.11.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 13000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq X1 verilməlidir. İcra sənədi 28.12.2020-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən nə könüllü müddət ərzində, nə də ondan sonrakı müddətdə heç bir ödəniş edilməmiş, nəticədə icra sənədi icrasız qalmışdır. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə banklara, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistei vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, borclunun ünvanında tələb yönəldiləcək əmlak aşkar edilməmişdir. Borcluya bir neçə dəfə xəbərdarlıq rəsmi xəbərdarlıq göndərilmiş, icra sənədinin icrası tələb edilmiş, lakin borclu icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Borclu borcunu ödəyə bilməyəcəyini, gələcəkdə işlədikdən sonra qazancının bir hissəsini ödəyəcəyini bildirmişdir. Borcludan bir daha icra sənədi üzrə borcunun ödənilməsi tələb edilən zaman borclu borcunu ödəməmişdir, icra sənədi üzrə tələbi yerinə yetirməmişdir, borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədi. Borclu Şəxs 02.12.2021-ci il tarixli izahatında borcunu ödəmədiyini, gələcəkdə işlədikdən sonra ödəyəcəyini bildirmişdir. Protokolu müdafiə edir. Göstərmişdir ki, borclu 03.12.2021-ci il tarixdə saat 10:00-da İcra və Probasiya şöbəsinə gəlmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki rayon Məhkəməsinin 2(075)-1313/2020 saylı, 25.11.2020-ci il tarixli icra sənədinə əsasən ondan 13000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq X1 verilməlidir. İcra sənədlərindən məlumatı vardır. Lakin maddi imkanı aşağı olduğundan borcunu ödəyə bilməmişdir. Bildirmişdir ki, hal-hazırda işləmədiyindən borcunu ödəyə bilmir. Ancaq gələcəkdə işlədikdən sonra qazancının bir hissəsini ödəyəcəyini bildirmişdir. Bildirmişdir ki, 03.12.2021-ci il tarixdə saat 10:00-da İcra və Probasiya şöbəsinə gəlmişdir. məlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 03 dekabr 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 03 dekabr 2021-ci il tarixdə, saat 10:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 03 dekabr 2021-ci tarixdə, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 03 dekabr 2021-ci il tarixdə, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar