Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-657/2022 28.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, X6 katibliyi, X1, qərarından şikayət verilmiş şəxs Şəki ŞRPŞ-nın İTB-nin sahə rəisi, polis leytenantı X4 iştirakları ilə X1 19 avqust 2022-ci il tarixli, MN ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 19 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş 19 avqust 2022-ci il tarixli, MN ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 19 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərmişdir ki, o, heç bir inzibati xəta törətməmişdir. İctimai qayda pozmamışdır, ucadan nalayiq ifadələr işlətməmişdir. Qeyd edilənlər barədə polisdə heç bir sübut yoxdur. Vüqar Xəlilov vəzifəsindən sui-istifadə edib qərəzli olaraq qanunsuz olaraq onu cərimələmişdir. Hesab edir ki, barəsində qərar qəbul edilməməli idi. Odur ki, Vüqar Xəlilov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı qərarından şikayət verilmiş şəxs Şəki ŞRPŞ-nın İTB-nin sahə rəisi, polis leytenantı X8 izahat verərək bildirdi ki, 19 avqust 2022-ci il tarixdə M.F.Axundov prospektində bir nəfər şəxsin yolun kənarında quraşdırılmış plakatın cırması barədə daxil olmuş məlumatı yoxlanılması məqsədilə polis əməkdaşları qeyd olunan əraziyə getmişlər. Əraziyə baxış keçirilən zaman X7 digər şəxslərin yanında uca səslə ünvansız nalayiq ifadələr işlətməklə iştimai qaydanı pozmuşdur. Bu səbəbdən də X3 barəsində İXM-nin 510-cu maddəsi ilə MN seriyalı, ******* nömrəli protokol tərtib olunaraq 50 manat cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Protokolu və onun əsasında qəbul edilmiş qərarı müdafiə edərək, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X5 izahat verərək göstərdi ki, 19 avqust 2022-ci il tarixdə saat 16:50 radələrində M.F.Axundov prospektində yolun kənarında quraşdırılmış üzərində ümummili liderin şəkili əks olunmuş plakatın cırması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə qeyd olunan əraziyə getmişlər. Qeyd olunan əməlin Nəbiyeva Jalə tərəfindən törədilib-törədilmədiyini müəyyən etməq məqsədilə ona yaxınlaşdıqda Jalə Nəbiyeva qanunsuz əməllərini davam etdirərək, orada olan şəxslərin yanında ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X7 19 avqust 2022-ci il tarixdə saat 16:50 radələrində Şəki şəhəri, M.F.Axundov prospektində ucadan nalayiq ifadələr işlətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi X1 hadisə zamanı ictimai yerdə ucadan ünvansız nalayiq ifadələr işlətməsi sübuta yetir. Göstərilən əsaslarla məhkəmə X3 19 avqust 2022-ci il tarixli, MN ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 19 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 19 avqust 2022-ci il tarixli, MN ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 19 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-657/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-657/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver