Məhkəmə qərarları › İş №3(075)-657/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-657/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-657/2025 29.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, X1 EQ 31137487 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş EQ 31137487 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, **-BV-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” markalı avtomobili ilə xx.xx.2025-ci il tarixində velosiped nişanı altında dayanmağa görə EQ 31137487 nömrəli inzibati protokolla cərimə edilmişdir. Lakin qeyd edilən ərazidə velosiped yolu üçün nəzərdə tutulan xətlənmə (üfüqi nişanlanma) yoxdur. Yanlış velosiped yolu nişanı 5.59 quraşdırılmış, lakin faktiki olaraq velosiped zolağı təşkil edilməmişdir. Standartlara əsasən velosiped yolu əsasən nişanı yalnız üfüqi nişanlanma yəni yerdəki zolaq ilə birlikdə tətbiq oluna bilir. Bu səbəbdən cərimə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun deyil və qanunsuz hesab olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi və inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan EQ 31137487 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 346.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. “ASAN Pay” vasitəsilə əldə olunmuş çıxarışa əsasən EQ 31137487 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə artıq ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar X3 barəsində çıxarılmışdır. Hazırki işdə isə həmin qərardan şikayət X3 tərəfindən deyil, barəsində həmin inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmiş şəxs X4 tərəfindən verilmişdir. Halbuki onun həmin qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, barəsində şikayət edilən qərar şikayətçi X4 barəsində tərtib olunmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 120–126, 128 və 133– 136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar