Məhkəmə qərarları › İş №3(075)-659/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-659/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-659/2020 30.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1980-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Hüseynzadə küçəsi, 25-ci məhəllə, bina 12, mənzil 5 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən 1147 manat sığorta haqqı və 30.40 manat dövlət rüsumu borclu Şəxs alınaraq tələbkar “xxxx” Sığorta Şirkətinin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-4223/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən 6900 manat sığorta haqqı və 30.20 manat dövlət rüsumu borclu Şəxs alınaraq tələbkar “xxxx” Sığorta Şirkətinin xeyrinə ödənilməlidir. Məhkəmə qərarlarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən material baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən 1147 manat sığorta haqqı, 30.40 manat dövlət rüsumu alınıb ’’xxxx” Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-4223/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən 6900 manat sığorta haqqı, 30.20 manat dövlət rüsumu alınıb ’’xxxx” Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İcra sənədlərii xx xxxxxxx 2017-ci il və xx xxxxxx 2019-cu il tarixlərində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər məhkəməyə göndərilmişdir. Hər iki icra sənədi üzrə borclu şəxs eyni olduğundan icra sənədləri bir icraatda birləşdirilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, borc məbləğlərindən yalnız 300 manat ödənilmiş, qalan hissədə ödənilməmiş qalmışdır. Həmçinin borclu qanunla müəyyən edilmiş vaxtda borcu ödəməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Borclunun birgə mülkiyyətində olan BMW 523 markalı, **-AC-*** markalı avtomobil üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat verilmiş, proses dövründə borclu avtomobili özgəninkiləşdirmişdir. Hazırda avtomobil üzərinə həbs qoyulmuşdur. Borclu Şəxs xx xxxxxx 2020-ci il tarixli izahatında borc məbləğlərini imkanı olmadığı üçün ödəmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, borcluya məxsus avtomobilin üzərinə həbs qoyulsa da, sonuncu avtomobili digər şəxsə satdığını bildirir. Lakin hazırda avtomobilin kimin adına qeydiyyatda olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən ondan 1147 manat sığorta haqqı və 30.40 manat dövlət rüsumu alınaraq tələbkar “xxxx” Sığorta Şirkətinin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-4223/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən ondan 6900 manat sığorta haqqı və 30.20 manat dövlət rüsumu alınaraq tələbkar “xxxx” Sığorta Şirkətinin xeyrinə ödənilməlidir. Hazırkı vaxtadək borcundan 300 manat ödəmişdir. Bundan sonra da imkan olduqca hissə-hissə ödəyəcəkdir. Əlavə olaraq bildirdi ki, onlara məxsus olan avtomobili etibarnamə ilə digər şəxsə satmışdır. Lakin hazırda avtomobilin kimin adına qeydiyyatda olduğunu bilmir. Həbsin avtomolin üzərinə qoyularaq borcun ona yönəldilməsinə etiraz etmir. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. İnzibati proses tərəflərinin izahatlarına və işdə olan materiallara baxaraq məhkəmə hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 8(107)-113/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli qərardadından tələbkar “xxxx” Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020ci il tаrixli 8(075)-229/2020 nömrəli qərаrdаdı ləğv edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(075)-4220/2017 nömrəli icra sənədinin icrası ilə əlaqədar olaraq Şəxs arvadı X2 məxsus, ümumi birgə mülkiyyətdə olan “BMW 523” markalı **-CA- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə Şəki İcra Şöbəsinin icra məmuru X3 təqdimatı təmin edilərək Şəki Rayon Məhkəməsinin 2(075)- 4220/2017 xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs arvadı X2 məxsus, ümumi birgə mülkiyyətdə olan “BMW 523” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs arvadı X2 məxsus, ümumi birgə mülkiyyətdə olan “BMW 523” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, sözügedən avtomobilin üzərinə həbs qoyulduğundan tələb həmin əmlaka yönəldilərək icra sənədləri üzrə borcun tam icrası təmin edilə bilər. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən avtomobilin özgəninkiləşdirildiyi bildirilsə də, bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yoxdur. Belə ki, tələb ona məxsus avtomobilə yönəldilərək borc tam şəkildə bağlana bilər. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar