Məhkəmə qərarları › İş №3(075)-666/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-666/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-666/2021 27.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru, polis kapitanı X1 (əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi (vəkili) X3) iştirakları ilə, Şəxs QSC-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru, polis kapitanı X2 tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC JAC yük markalı, ** AC *** dövlət qeydiyyat nömrəli avtomobilin istifadəçisi barədə məlumat verməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin işdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru, polis kapitanı X2 tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC Kamaz yük markalı, ** AC *** dövlət qeydiyyat nömrəli avtomobilin istifadəçisi barədə məlumat verməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin işdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru, polis kapitanı X2 tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC AUDİ Q7 minik markalı, ** AV *** dövlət qeydiyyat nömrəli avtomobilin istifadəçisi barədə məlumat verməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin işdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru, polis kapitanı X2 tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC Volkswagen Passat minik markalı, ** AK *** dövlət qeydiyyat nömrəli avtomobilin istifadəçisi barədə məlumat verməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar 08.12.2021-ci il tarixdə məhkəmənin icraatına ayrı-ayrılıqda daxil olmuş və 3(075)-666-2021, 3(075)-668- 2021, 3(075)-674-2021 və 3(075)-666-2021 nömrələri üzrə inzibati iş kimi ayrıca qeydiyyata alınmışdır. Məhkəmə həmin 3(075)-668-2021, 3(075)-674-2021 və 3(075)-666-2021 nömrələri inzibati işləri İXM-nin 34.1, 34.2, 34.3 və 34.4-cü maddələrinin tələbləri baxımından 3(075)-666-2021 nömrəli işdə bir icraatda birləşdirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs QSC ona göndərilmiş bildirişi 17.09.2021-ci il tarixdə almasına baxmayaraq ona məxsus ** AC *** dövlət qeydiyyat nişanlı JAC yük markalı avtomobilin sürücüsü haqqında qanunda nəzərdə tutulmuş 5 gün müddət ərzində Şəki ŞRPŞ-nə məlumat verməmişdir. Belə ki, Şəxs QSC ona göndərilmiş məktub-bildirişi 17.09.2021-ci il tarixdə almasına baxmayaraq daha 5 gün gözləmişdir. Bundan başqa Şəxs QSC ona göndərilmiş məktub-bildirişi 14.09.2021-ci il tarixdə almasına baxmayaraq ona məxsus ** AC *** dövlət qeydiyyat nişanlı Kamaz yük markalı avtomobilin sürücüsü haqqında qanunda nəzərdə tutulmuş 5 gün müddət ərzində Şəki ŞRPŞ-nə məlumat verməmişdir. Belə ki, Şəxs QSC ona göndərilmiş məktub-bildirişi 14.09.2021-ci il tarixdə almasına baxmayaraq daha 5 gün gözləmişdir. Bundan başqa Şəxs QSC ona göndərilmiş məktubbildirişi 09.06.2021-ci il tarixdə almasına baxmayaraq ona məxsus ** AV *** dövlət qeydiyyat nişanlı AUDİ Q7 minik markalı avtomobilin sürücüsü haqqında qanunda nəzərdə tutulmuş 5 gün müddət ərzində Şəki ŞRPŞ-nə məlumat verməmişdir. Belə ki, Şəxs QSC ona göndərilmiş məktub-bildirişi 09.06.2021-ci il tarixdə almasına baxmayaraq daha 5 gün gözləmişdir. Bundan başqa Şəxs QSC ona göndərilmiş məktub-bildirişi 18.08.2021-ci il tarixdə almasına baxmayaraq ona məxsus ** AK *** dövlət qeydiyyat nişanlı Volkswagen passat minik markalı avtomobilin sürücüsü haqqında qanunda nəzərdə tutulmuş 5 gün müddət ərzində Şəki ŞRPŞ-nə məlumat verməmişdir. Belə ki, Şəxs QSC ona göndərilmiş məktub-bildirişi 18.08.2021-ci il tarixdə almasına baxmayaraq daha 5 gün gözləmişdir. Buna görə də Şəxs QSC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə 04 dekabr 2021-ci il tarixdə AP seriyalı, ******* saylı, AP seriyalı, ******* saylı, AP seriyalı, ******* saylı və AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar inzibati protokollar tərtib edərək məhkəməyə göndərmişdir. Həmçinin bildirmişdir ki, Şəxs QSC əvvəllər "xxxx" MMC kimi fəaliyyət göstərmişdir. Lakin hazırda Şəxs QSC "xxxx" MMC hüquq varisidir. Buna görə də inzibati xəta törətmiş sürücülər barəsində olan məktub-bildirişi "xxxx" MMC-yə göndərmişdir. Sonradan "xxxx" MMC hüquqi adını dəyişdirərək Şəxs QSC kimi fəaliyyət göstərdiyindən həm bildirişdə həm inzibati xəta haqqında protokollarda ağardıcı ilə düzəlişlər edərək "xxxx" MMC adını Şəxs QSC kimi yazmışdır. Hesab etmişdir ki, bildirişləri "xxxx" MMC adını hüquqi varisi kimi Şəxs QSC-nin nümayəndəsi almışdır. Buna görə də məhkəməyə təqdim etdiyi inzibati xəta haqqında protokolları əsaslı hesab etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəli məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, inzibati xətanın törədilməsini inzibati orqan sübut etməlidir. Bu halı sübut etmək üçün sənədlərdə ağardıcı ilə işlənilmiş, həm xəbərnamədə, həm də məktubda düzəlişlər olunmuşdur. Protokol İXM-nin 101.2-ci maddəsinə əsasən 2 gün ərzində tərtib edilməli olduğu təqdirdə vaxtı keçdikdən sonra tərtib edilmişdir. Belə ki, AP seriyalı ******* saylı protokol, AP seriyalı ******* saylı protokol 3 aydan sonra, AP seriyalı ******* saylı, AP seriyalı ******* saylı saylı protokol 4 aydan sonra tərtib edilmişdir. Bununla da İXM normaları pozulmuşdur. Bildirmişdir ki, DYP-nin məktubu onlara ünvanlanmamışdır. Həmin məktub onlara çatmamışdır. Göstərmişdir ki, ümumiyətlə onların Qoxmuq kənddədki ofislərində Həsənov adında əməkdaşları yoxdur və belə bir əməkdaş onlarda işləmir. Onlara prorokol tərtib edilməsi barədə məlumat verilməmiş, hüquqları izah olunmamış, izahat, vəsatət vermək üçün şərait yaradılmamışdır. Protokolda inzibati xətanın törədilmə yeri və vaxtı səhv qeyd olunmuşdur. Bildirmişdir ki, təqsirlərinin sübutu kimi təqdim olunmuş sənədlərin əsl mətnini müəyyən etmək olmamış, protokollar İXM-ə zidd tərtib olunmuşdur. Bu səbəbdən həmin inzibati xəta haqqında protokollar onların təqsirinin sübutu kimi istifadə oluna bilməz. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki rayonu, Qoxmuq kəndində yerləşən Şəxs QSC-ə göndərilmiş çıxarışdan görünür ki, 09 sentyabr 2021-ci il tarixdə, saat 10:48-də Şəxs QSC-ə məxsus JAC yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən M-4, Bakı-Şamaxı-Yevlax yolu, 14 km-dən keçən hissəsində yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşması ilə bağlı törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu və inzibati xətanın törətdilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi, 5 gün müddətində məlumat verilmədiyi tədqirdə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan məsuliyyətin olduğu bildirilmişdir. İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermilməməsi əsası ilə Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Şəki rayonu, Qoxmuq kəndində yerləşən Şəxs QSC-ə göndərilmiş çıxarışdan görünür ki, 26 avqust 2021-ci il tarixdə, saat 09:20-də Şəxs QSC-ə məxsus KAMAZ yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Şəki Qax yolu, 21 km-dən keçən hissəsində yük daşıma qaydalarının pozulması ilə bağlı törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu və inzibati xətanın törətdilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi, 5 gün müddətində məlumat verilmədiyi tədqirdə Azərbaycan Respublikası İXMnin 347-ci maddəsində nəzərdə tutulan məsuliyyətin olduğu bildirilmişdir. İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermilməməsi əsası ilə Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Şəki rayonu, Qoxmuq kəndində yerləşən Şəxs QSC-ə göndərilmiş çıxarışdan görünür ki, 02 iyun 2021-ci il tarixdə, saat 09:31-də Şəxs QSC-ə məxsus AUDİ Q7 minik markalı ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən M-4, Bakı-Şamaxı-Yevlax yolu, 14 km-dən keçən hissəsində yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşması ilə bağlı törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu və inzibati xətanın törətdilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi, 5 gün müddətində məlumat verilmədiyi tədqirdə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan məsuliyyətin olduğu bildirilmişdir. İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermilməməsi əsası ilə Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Şəki rayonu, Qoxmuq kəndində yerləşən Şəxs QSC-ə göndərilmiş çıxarışdan görünür ki, 15 avqust 2021-ci il tarixdə, saat 08:39-da Şəxs QSC-ə məxsus VOLKSWAGEN PASSAT minik markalı ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Novxanı istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşması ilə bağlı törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu və inzibati xətanın törətdilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi, 5 gün müddətində məlumat verilmədiyi tədqirdə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan məsuliyyətin olduğu bildirilmişdir. İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermilməməsi əsası ilə Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, Şəxs QSCnin nümayəndəsinin (vəkili) izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və Şəxs QSC-nin nümayəndəsinin izahatlarından da göründüyü kimi protokollar İXM-nin normalarını pozmaqla tərtib edilmişdir. Belə ki, DİN-nin DYP Web Portalından çap edilmiş protokollar Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-ə ünvanlanmamışdır. Belə ki, DİN-nin DYP Web Portalından 04 dekabr 2021-ci il tarixdə çap edilərək Şəxs QSC-yə göndərilmiş İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokolun xəbərnamədə göstərildiyi kimi 17 sentyabr 2021-ci il tarixdə Şəxs QSCnin nümayəndəsi tərəfindən qəbul edilməsi mümkünsüzdür. Bundan başqa DİN-nin DYP Web Portalından 04 dekabr 2021-ci il tarixdə çap edilərək Şəxs QSC-yə göndərilmiş İXMnin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokolun xəbərnamədə göstərildiyi kimi 14 sentyabr 2021-ci il tarixdə Şəxs QSC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi mümkünsüzdür. Bundan başqa DİN-nin DYP Web Portalından 03 dekabr 2021-ci il tarixdə çap edilərək Şəxs QSC-yə göndərilmiş İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokolun xəbərnamədə göstərildiyi kimi 09 iyun 2021-ci il tarixdə Şəxs QSC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi mümkünsüzdür. Bundan başqa DİN-nin DYP Web Portalından 30 noyabr 2021-ci il tarixdə çap edilərək Şəxs QSC-yə göndərilmiş İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokolun xəbərnamədə göstərildiyi kimi 18 avqust 2021-ci il tarixdə Şəxs QSC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi mümkünsüzdür. Belə olan halda Şəxs QSC tərəfindən müəyyən olunmuş vaxt müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-nin 347-ci maddəsinin tələblərini pozması istisna edilməlidir. Belə ki, işə əlavə edilən DİN-nin DYP Web Portalından 04 dekabr 2021-ci il, 04 dekabr 2021-ci il, 03 dekabr 2021-ci il və 30 noyabr 2021-ci il tarixdə çap edilərək Şəxs QSC-yə göndərilmiş məktub-bildirişlərin Şəxs QSC tərəfindən alınmasına dair işdə hər hansı bildiriş yoxdur. Bütün yuxarıda şərh edilənlər isə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru, polis kapitanı X2 tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş AP seriyalı, ******* saylı, AP seriyalı ******* saylı, AP seriyalı ******* saylı və AP seriyalı ******* saylı inzibati xəta haqqında protokollara başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru, polis kapitanı X1 tərtib etdiyi 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* saylı, AP seriyalı ******* saylı, AP seriyalı ******* saylı və AP seriyalı ******* saylı inzibati xəta haqqında protokollara başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar