Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-666/2022 05.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə X1 Baş Dövlət Yol Polisi İdarəsinin 30 avqust 2022-ci il tarixli, EQ-11167604 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin 30 avqust 2022-ci il tarixli, EQ-11167604 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, tətbiq edilmiş 4 cərimə balının silinməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsinə baxılması ilə bağlı məhkəmə iclası 05 oktyabr 2022-ci il tarixə, saat 10:20-yə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X3 və qərarından şikayət verilmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X3 21 sentyabr 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Baş Dövlət Yol Polisi İdarəsinin 30 avqust 2022-ci il tarixli, EQ-11167604 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayətə baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə X1 ərizəsini nəzərə alaraq belə qənaətə gəlir ki, X1 həmin ərizəsi əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İXM-nin 128 və 129-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 Baş Dövlət Yol Polisi İdarəsinin 30 avqust 2022-ci il tarixli, EQ-11167604 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-666/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-666/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver