Məhkəmə qərarları › İş №3(075)-668/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-668/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-668/2020 01.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, Müəyyən etdim: Qax RPŞ-nin Qax rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən xx.xx.2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin inzibati xəta barədə protokol və ona əlavə edilmiş sənədlər poçt vasitəsilə Şəki rayon məhkəməsinə göndərilmişdir. Həmin inzibati iş materialı xx.xx.2020-ci il tarixdə Şəki rayon məhkəməsinin icraatına daxil olmuş və mənim icraatıma verilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Qax RPŞ-dən daxil olmuş iş materiallarında olan Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs sürücülük hüququ olmadan avtomaşın idarə edərək zərərçəkmiş şəxsə məxsus “VAZ 21070” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomaşına xəsarət yetirərək sahibinə maddi zərər vuraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, sözügedən maddənin sanksiyasında inzibati həbs mövcuddur. Belə olan halda işə inzibati xəta barədə protokol məhkəməyə daxil olduğu gün baxılaraq yekun məhkəmə aktı çıxarılmalıdır. Lakin, qeyd edilənlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta barədə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmiş və onun iştirakı məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda qeyd edilən inzibati xəta barədə protokola Şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün deyildir. Göründüyü kimi, Qax RPŞ-dən baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən həmin gün onların tamamlanması qeyrimümkündür. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində inzibati cərimə ilə yanaşı, eyni zamanda inzibati həbs də nəzərdə tutulduğundan inzibati xəta barədə material məhkəməyə təqdim olunduğu gün həmçinin inzibati xəta barədə təqsirli bilinmiş şəxs Şəxs da məhkəməyə təqdim edilməlidir. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş səlahiyyətli orqan olan Qax RPŞ-nə geri qaytarılsın. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar