Məhkəmə qərarları › İş №3(075)-668/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-668/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-668/2022 11.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi YPX inspektoru, polis baş serjantı X6, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 iştirakları ilə X1 Şəki ŞRPŞ-nin DYPB-nin rəisi X3 onun barəsində tərtib etdiyi 30 iyul 2022-ci il tarixli, İQ-4666107 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 30 iyul 2022-ci il tarixli, İQ-4666107 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və cərimənin hesabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində idarə etdiyi “Vaz 2106” markalı, **-CB-*** dövlət qeydiyyat nişnlı avtomobili ilə Oğuz şossesindən Axundov küçəsinə manevr edən zaman, onun arxasıyca hərəkətdə olan **-BZ-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobilin sürücüsü körpünün üstündə hərəkət etdiklərini, körpüdən əvvəl və sonra yol ayrıcının olmağını, onun sola dönmə işığını yandırmağını və ara məsafəsini nəzərə almayaraq idarə etdiyi avtomobilə sol arxa qapı hissəsindən vuraraq qəza törətmişdir. Həmin avtomobilin sürücüsü avtomobili icbari sığorta olmadan idarə etmişdir. Qəzadan sonra hər iki avtomobil cərimə meydançasına aparılmışdır. Lakin hadisə yerinə gələn YPX əməkdaşları onun və digər sürücünün sərxoşluq vəziyyətinin yoxlanılmasını tələb etməmişlər. O, öz hesabına saat 18:00-da Oğuz rayonuna gedərək serxoşluq vəziyyətinin olmamasına dair sənədi YPX əməkdaşı Azərə təqdim etmişdir. Lakin 2 gün sonra İXM-nin 327.2-ci maddəsinə əsasən ona protokol tərtib edildiyindən məlumatı olmuşdur. Hadisə müşahidə kameraları tərəfindən qeydə alınmışdır. Lakin qayda pozuntusunun kamera görüntüləri portala əks olunmamışdır. Buna görə də ərizə ilə məhkəməyə müraciət edərək tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolun ləğv edilməsini, daha sonra isə Şəki rayonu YPX inspektoru polis baş serjantı X6 qəbul etdiyi xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(075)-308/2022 saylı qərarı ilə Şəki rayonu YPX inspektoru polis baş serjantı X6 qəbul etdiyi xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilmiş və həmin inzibati xəta haqqında işə Şəki ŞRPŞ-da yenidən baxılması qərara alınmışdır. Lakin Şəki Rayon Məhkəməsinin sözügedən qərarına baxmayaraq xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla hesabına yazılmış 60 manat cərimə silinmədiyindən onun üzərinə penya gələrək 78,60 manat olmuşdur. Bu barədə Şəki ŞRPŞ DYPB-nin İTÜBİ-ru polis kapitanı Mətləb Tağıyev bu barədə ona bildiriş göndərmişdir. Bundan sonra həmin cərimənin silinməsi ilə bağlı dəfələrlə yuxarı orqanlara müraciətlər etdikdən sonra həmin müraciətlər baxılması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə ona tədim edilmiş Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli 189-5578M-4222 saylı məktubundan məlum olmuşdur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(075)-308/2022 saylı qərarının icrası olaraq barəsində tərtib edilmiş İXP-4666107 saylı inzibati xəta haqqında protokolun maddəsinin dəyişdirilməsi barədə qərar qəbul edilərək mərkəzi informasiya sistemində qeydiyyat aparılması üçün xx.xx.2022-ci il tarixli məktubla DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli 189-5578M-4222 saylı məktubu ilə ona təqdim edilən xx.xx.2022-ci il tarixli İXP4666107 saylı inzibati xəta haqqında qərarla inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Yeni həmin məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli İQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək yenidən 40 manat həcmində cərimə edilmişdir. Göstərmişdir ki, inzibati orqan tərəfindən aparılmış icraatlar barədə hər hansı formada məlumatı olmamış və sonda kobud qanun pozuntuları ilə müşayət olunan prosedurlarla qanunsuz olaraq cərimə edilmişdir. Sözügedən qərarın verilməsində nə iştirakı olmamış, nə də iştirak etməyi üçün xəbərdar olunmamışdır. Bildirmişdir ki, xx.xx.2022-ci ildə onun tərəfindən inzibati xəta hadisəsi baş vermədən Şəki ŞRPŞ-nin DYPB tərəfindən var olmayan inzibati xəta üzrə icraatın aparılmasında və rəsmiləşdirilməsində qanunvericiliyin tələbləri kobud şəkildə pozduğundan aşağıdakı əsaslarla Şəki ŞRPŞ DYPB-nin tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati icraata xitam verilməli və hesabından cərimə məbləği silinməlidir. Göründüyü kimi qanunverciliyin imperatif tələbi ondan ibarətdir ki, onun inzibati məsuliyyətə cəlb edilməyi üçün qarşı tərəfin əlində onun hərəkətlərində inzibati xətanın olmasını əsaslandırılacaq kifayət qədər sübutun olması lazımdır. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə onun tərəfindən törədilməmiş və bunun əksini sübut edəcək dəlil ona təqdim edilməmişdir. İş materiallarından da göründüyü kimi barəsində icraat aparılan X5 bu məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokola müvafiq qeyd aparılmamış, onun izahat və inzibati icraat barəsində öz mülahizələrini təqdim etmək hüquqlarından istifadə edilməsinə şərait yaradılmamış, izahatalar və mülahizələr işə əlavə olunmamış, azı iki nəfər hal şahidi dəvət edilməmiş, mübahisəli icraatda ilə nəzərdə tutulmuş hüquq və vəzufələri elan olunması nəzərdə tutulsa da inzibati orqan bunu etməmişdir. Maddənin dispozisyasından da göründüyü kimi həmin inzibati xətanın baş verməsi üçün yol nişanlarının tələbləri pozulması, nəqliyyat vasitəsi yolların hərəkət hissələrində hərəkətsiz vəziyyətdə olması, araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və yolun çiyni ilə hərəkət etmə qaydalarının pozulması lazım olmalıdır. Halbuki qeyd olunan tələblərin hər hansı bir forması xx.xx.2022-ci il tarixdə baş vermiş hadisədə onun tərəfindən törədilməsi öz əksini tapması mümkünsüz olduğu kimi eyni zamanda həmin maddənin tətbiqi də düzgün olmamışdır. Yeganə burada ara məsafəsinin gözlənilməsindən söhbət gedə bilər ki, hadisənin onun tərəfindən gözlənilməsi mümkün deyildir, çünki o, öndə hərəkətdə olmuş, ara məsafəni isə hadisəni törətmiş şəxs gözləməmişdir. Göstərmişdir ki, Şəki rayonu Orta Zəyzid poçt şöbəsindən xx.xx.2022-ci ildə ona təqdim edilmiş Şəki ŞRPŞ-nın DYPB-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qəran barəmdə inzibati xəta haqqında icraat aparıldığı və həmin qərarda mənim Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat həcmində cərimə edildiyi məlum olmuşdur. Bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılması, onun işə baxılmasında iştirakı, müdafiə hüququndan istifadəsinə lazımi şərait yaradılması, qəbul edilən qərarın ona vaxtında çatdırılmasının təmin edilməsi üçün lazımı prossesual hərəkətlər edilməmişdir. Belə ki, Şəki ŞRPŞ DYPB xx.xx.2022-ci il tarixdə X4 inzibati işə baxılmasına dəvət edilməsi ilə bağlı ümumiyyətlə bildiriş təqdim edilməmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən X2 qeyd etdi ki, onun barəsində tərtib edilmiş qərarla razı deyil. Protokol tərtib etmiş şəxs tam araşdırma aparmadan onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul edilmişdir. O, hadisə yerinin sxemi ilə də razı deyil. Hadisə yerinin sxemində qəzanın baş verdiyi şərait tam əks olunmamışdır. Hadisə yerinn sxemi çəkilmədən ona imza etdirmişlər. Hadisənin baş verdiyi yerdə kamera var və həmin kamera görüntüləri mövcuddur. Lakin protokol tərtib edən şəxs həmin görüntüləri nəzərə almayıb, qəzada onu günahkar hesab etmişdir. O, heç bir manevr etməmişdir, sadəcə olaraq dönmə işığını yandıraraq sola dönmək istəmişdir. Arxadan gələn avtomobil ötmə əməliyyatı edərək onun avtomobilini sol hissədən vurmuşdur. Həmçinin qərar qəbul olunan zaman ona məlumat verilməmiş, hüquq və vəzifələri izah edilməmişdir. Kamera görüntülərinə baxış keçirilməsini, qərarın ləğv olunmasını və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi YPX inspektoru, polis baş serjantı X10 bildirdi ki, X4 şikyəti əsassızdır. Belə ki, X7 hərəkətdə olarkən arxadan gələn maşını nəzərə almadan dönmə əməliyatını etmişdir və nəticədə qəza baş vermişdir. O, Məmmədov Sadiqin barəsində protokol tərtib etmiş və həmin protokol əsasında X7 barəsində İXM-nin 327.2-ci maddəsi ilə qərar qəbul edilmişdir. X7 həmin qərardan şikayət vermiş və məhkəmə tərəfindən qeyd olunan qərar ləğv olunaraq yeni araşdırılma aparılması üçün Şəki ƏRPŞ-yə qaytarılmışdır. Yenidən araşdırılma aparılmış və onun tərtib etdiyi ptotokol əsasında X4 İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmuşdir. X11 оğlu Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək 40 mаnаt məbləğində inzibаti cərimə edilmişdir. İnzibati protokol və qərar tam düzgündür. Belə ki, yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə quraşdırılmış kamera görüntülərindən də aydın olur ki, yol nəqliyyat hadisəsi X11 оğlunun təqsiri səbəbindən baş vermişdir. X11 оğlu sola dönməzdən əvvəl arxadan gələn və yaxud solunda nəqliyyat vasitəsinin olub-olmadığını müəyyən etməli, bundan sonra sola dönmə əməliyyatı aparmalı idi. Digər avtomoblin sürücüsünün hər hansı təqsiri olsa belə, yol nəqliyyat hadisəsinin baş verməsi üçün səbəb deyil. X11 оğlu barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar tam əsaslıdır. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin DYPB-nin rəisi X3 qəbul etdiyi 30 iyul 2022-ci il tarixli, İQ-4666107 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Məhkəmə ilk öncə X1 məhkəmə iclasında protokol tərtib olunan və qərar qəbul edilərkən onun məlumatının olmaması, hüquq və vəzifələrinin izah edilməməsi, hal şahidlərinin iştirakının təmin edilməməsi və digər pozuntulara yol verilməməsinə dair xüsusatlara qiymət verərək qeyd edir ki, həmin hallar inzibati iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsi baxımınnan həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə də öz növbəsində Plenumun qərarını əsas götürməklə şikayətçinin göstərdiyi qüsur və natamamlıqların məhkəmə iclasında aradan qaldırırılmasını mümkün olduğunu hesab etməklə işə mahiyyəti üzrə baxılması qənaətinə gəlmişdir. Belə ki, məhkəm iclasında şikayətçiyə hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, hal şahidlərin iştirakı olmadan da protokol tərtib olunması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə quraşdırılmış kamera görüntüləri şikayətçi tərəfindən məhkəməyə təqdim edilmişdir. Sözügedən görüntülərə məhkəmə iclasında baxış zamanı X1 xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində idarə etdiyi “Vaz 2106” markalı, 55CB-823 dövlət qeydiyyat nişnlı avtomobili ilə Oğuz şossesində hərəkətdə olan zaman, onun arxasıyca hərəkət edən və artıq onun sol yanına çatmış **-BZ-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobili gözləmədən, hərəkət istiqamətində sola, yəni Axundov küçəsinə dönməsi, bunun nəticəsində də arxadan gələn **-BZ-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobilin onun idarə etdiyi avtomobilə sol arxa qapı hissəsindən dəyərək qəza törətməsi müəyyən edildi. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, X7 idarə etdiyi “Vaz 2106” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sol tərəfə dönərkən dönmə işıq cihazından istifadə etsə də, avtomobilin yan güzgüsü vasitəsi ilə arxadan nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini və ya arxadan gələn nəqliyyat vasitəsinin onu ötməkdə olub-olmadığını müəyyən etməli olduğu halda bunu etməmiş, nəticədə də onun da təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin video görüntüdən məlum olur ki, X7 idarə etdiyi “Vaz 2106” markalı, 55CB- 823 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun sağ tərəfi ilə hərəkət edir və yenə də arxadan nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini müəyyən etmədən anidən sola, yəni Axundov küçəsi istiqamətinə dönür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 37-ci maddəsinin birinci bəndinin beşinci yarımbəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanunun 42-ci maddəsinin birinci bəndində göstərilmişdir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin beşinci bəndində göstərilmişdir ki, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin Qanunun 73-cü maddəsinin birinci bəndində göstərilmişdir ki, təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Şəki ŞRPŞ-nin DYPB-nin rəisi X3 onun barəsində tərtib etdiyi 30 iyul 2022-ci il tarixli, İQ-4666107 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar