Məhkəmə qərarları › İş №3(075)-669/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-669/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-669/2021 09.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs QSC-nin barəsində 08 dekabr 2021-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, MÜƏYYƏN ETDİM: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru X1 tərəfindən Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki şəhər-rayon X3 Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmənin icraatına Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş iş materialında olan çıxarışdan görünür ki, JAC yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi «ƏFQAN» FİRMASİdır. İş materiallarında olan Şəki ŞRPŞ DYPB-si tərəfindən «ƏFQAN» FİRMASİna ünvanlanmış bildirişdən görünür ki, həmin müəssisədən JAC yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili 05 oktyabr 2021-ci il tarixdə, saat 14:47-də idarə etmiş şəxs barəsində məlumatın verilməsi xahiş olunmuşdur. İş materialında olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru X1 tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, JAC yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili 05 oktyabr 2021-ci il tarixdə, saat 14:47-də idarə etmiş şəxs barəsində məlumat verilmədiyindən Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tələbinə görə hüquqi şəxsə mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqana sorğu göndərilməsi üçün sorğu göndərilməsi, sorğuya 5 gün müddətində cavab verilmədiyi halda onun inzibati məsuliyyətə cəlb edilməlidir. Lakin inzibati xəta haqqında protokol tərtib edən şəxs tərəfindən bu sorğu «ƏFQAN» FİRMASİna göndərildiyi halda inzibati xəta haqqında protokol bu sorğuya cavab verməli «ƏFQAN» FİRMASİ barəsində deyil, digər bir hüquqi şəxs olan Şəxs QSC-nin barəsində tərtib edilmiş, həmin protokolun tərtibinədək isə Şəxs QSC-yə müvafiq sorğunun göndərilməsinə dair iş materialına heç bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi, Şəki şəhər-rayon Polis Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Hesab edirəm ki, Şəxs QSC barəsində tərtib edilmiş AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs QSC barəsində tərtib edilmiş AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şəki şəhər-rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar