Məhkəmə qərarları › İş №3(075)-670/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-670/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-670/2022 24.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, X1 iştirakı ilə X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 10450482 nömrəli elektron qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi, Yol hərəkət qaydaları, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ 10450482 nömrəli elektron qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X2 məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 10450482 nömrəli elektron qərarın DİN Baş X10 İdarəsi tərəfindən ləğv edilməsi nəzərə alınaraq, məhkəmədə işə baxılmasına zərurətin olmadığını bildirmiş və şikayətinin ona əlavə edilmiş sənədlərlə geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X1 şikayət ərizəsində qaldırdığı tələbin məhkəmədən kənar qaydada həllini tapmasını, bu səbəbdən də şikayətçinin ərizəsinin baxılmadan geri qaytarılmasına dair müraciətini nəzərə alaraq hesab edir ki, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 10450482 nömrəli elektron qərardan şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 10450482 nömrəli elektron qərardan şikayət ərizəsi geri qaytarılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elçin Mehdiyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-670/2022 24 oktyabr 2022-ci il X5 (Şəki şəhəri M.F.Axundov küçəsi ev 114Ai) Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinə (Bakı şəhəri Binəqədi şossesi 4) Şəki Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 3 (075)-670/2022 saylı şikayət ərizəsinin geri qaytarılmasına dair qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar