Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-671/2022 26.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, İnzibati xəta haqqında protokol tərtib edən şəxs: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 iştirkları ilə xx xxxx 1999-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, hazırda Şəki ŞRPŞ-də barəsində CM-nin 234.1-ci maddəsi üzrə cinayət işi olmaqla barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şəxs haqqında Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 26 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 sentyabr 2022-ci il tarixdə Şəki şəhər sakini X1 etibarından sui istifadə edərək ona məxsus 20 (iyirmi) manat dəyərində olan “Katex” markalı mobil telefonu oğurlamışdır. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, X3 ərizə ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X2 etibarından sui-istifadə edərək 20 manat dəyərində olan “Katex” markalı mobil telefonun Şəxs tərəfindən ələ keçirilməsini göstərmişdir. Faktla bağlı Şəki ŞRPŞ-nin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, Şəxs yerinin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmışdır. Lakin görülmüş bütün zəruri tədbirlərə baxmayaraq hadisəni törətmiş Şəxs yerinin müəyyən edilməsi mümkün olmamışdır. Şəxs 25 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində tutularaq Şəki ŞRPŞ-də barəsində inzibati xətaya dair protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Göstərmişdir ki, zərərçəkmiş şəxs ondan şikayətçidir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 227-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 4 ildir ki narkotik vasitədən istifadə edir. Göstərmişdir ki, hazırda Şəki ŞRPŞ-də barəsində CM-nin 234.1-ci maddəsi üzrə cinayət işi olmaqla barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 20:00 radələrində ağrıları olduğu üçün narkotik vasitə qəbul etmək istəmişdir. Lakin pulu olmadığı üçün Şəki şəhər ərazisində pul axtarmağa başlamışdır. O, M.Ə.Rəsulzadə prospekti ilə üzü yuxarı qalxan zaman sağ tərəfdəki məhləyə girmişdir. Həmin zaman yaşlı bir qadın məhlədə oturmuşdur. Adının sonradan Mahinur xala olduğunu öyrəndiyi yaşlı qadın bloka qalxmaqda kömək etməyini ondan xahiş etmişdir. O həmin zaman Mahinur xalaya polis olduğunu bildirib nəsə çətinliyi olub-olmadığını soruşmuşdur. Mahinur xala oğulları Bəxtiyar və Anarın yenə spirtli içki qəbul etdiklərini hal hazırda evdə yatdıqlarını bildirmişdir. O əgər oğulları Mahinur xalanı narahat edirsə, onları polis şöbəsinə apara biləcəyini deyən zaman Mahinur xala buna ehtiyac olmadığını bildirmişdir. Daha sonra O, Mahinur xalanın əlindəki sadə mobil telefonu görüb yalandan öz telefonunun maşında qalmasını Mahinur xalaya bildirib danışmaq üçün ondan mobil telefonu istəmişdir. Mahinur xala əlindəki qara rəngli sadə telefonu danışmaq üçün ona vermişdir. O, həmin telefonu götürüb oradan uzaqlaşıb getmişdir. Elə həmin gün Bakı şəhərinə çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində Yasamal rayonunda Mahinur xalanın mobil telefonunu tanımadığı şəxsə 10 manat qarşılığında satmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə Şəxs qeyd olunan hərəkətləri özünün etiraf izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İXM-in 227-ci maddəsində göstərilir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama inzibati xətalarını törətməkdə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 227-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli Şəxs faktiki saxlandığı, yəni 25 sentyabr 2022-ci il tarixdən, saat 17:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-671/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-671/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver