Məhkəmə qərarları › İş №3(075)-674/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-674/2020

03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-674/2020 03.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1974-cü-ci il tarixdə Şəki rayonu, Babaratma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Şorsu kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində “Əyri” çayda ov qaydalarını kobud şəkildə pozaraq qeyri-qanuni qrup halında balıq ovladığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsi X3 İdarəsinə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsi X3 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 12:00 radələrində həmkəndlisi və dostu X2 ilə birlikdə taksi kimi tutduqları Elmar İsayevə məxsus avtomobillə Qax rayonu, Baydarlı kəndinə Əyri çayına balıq tutmağa getmişlər. Özüləri ilə balıq tutmaq üçün Turana məxsus elektirk cərəyanını gücləndirən xüsusi vasitə və ona məxsus 1 ədəd rezin qayıq, 1 ədəd tor, 1 ədəd akkumlyator və 1 ədəd hava doldurma aparatı götürmüşlər. Baydarlı kəndindən çaya girmişlər, suya elektrik cərəyanı vuraraq üzü Qıpçaq kəndi istiqamətində hərəkətə başlamışlar. Ağyazı kəndinə gedən körpünün yaxınlığında tilovla balıq tutan 3 nəfər şəxsin onları görmüşdür. Həmin şəxslərdən biri onları gördüyünü, əməlləri barədə lazımi qurumlara məlumat verəcəyini demiş və təxminən 15-20 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər və onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Bildirdi ki, 64 ədəd müxtəlif ölçüdə usac və karas cinsinə aid balıqlar tutmuşlar. Balıq tutmağa özünün və həmkəndlisi Turan getmişlər, özlərini oraya aparan şəxs, yəni Elmar İsayevin onların əməlindən heç bir məlumatı olmamış, Elmarı sadəcə taksi kimi tutmuşlar. Əməlindən peşmandır. Özünü təqsirli bilir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qaz RPŞ-nin istintaq qrupunun müstəntiqi, polis baş leytenantı Abdullazadə Zöhrab Qalib oğlunun xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X2 və Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 256-cı maddəsi ilə cinayət təqibinin və material üzrə cinayət işinin başlanılmasının rədd olunması, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Azərbaycan Respublikası ETSN- nin 7 saylı Regional Eokolgiya və X1 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs həmin xətanı törətməkdə təqsirli bilinib, ona inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd rezin qayıq, 1 ədəd tor, 1 ədəd akkumlyator, 1 ədəd hava doldurma aparatı, həmçinin ümumi sayı 64 ədəd olan 44 ədəd 10 sm-dən 27 sm-dək uzunluqda olan usac, 20 ədəd 16 sm-dən 42 sm-dək olan karas cinsinə aid təmiz çəksi 10,5 kq olan balıqlar müsadirə edilməklə 1100 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar