Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-674/2022 03.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə “JAC HFC3100K1R1Z Yük” markalı 55- AC716 dövləy qeydiyyat nişanlı avtomobillə təhlükəli yüklərin daşınması qaydaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-yə məlumat verilməsinə baxmayaraq X1 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Şəxs-nin nümayəndəsidə da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya nümayəndəsinin izahatı göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə “JAC HFC3100K1R1Z Yük” markalı 55-AC716 dövləy qeydiyyat nişanlı avtomobillə təhlükəli yüklərin daşınması qaydaları pozulduğuna görə Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXP ******* saylı protokola əsasən törədilən inzibati xəta İsmayıllı rayonunun ərazisində olmuşdur. Baş verməsi ehtimal olunan inzibati xəta hüquqi şəxsin bir başa hərəkəti ilə törədilən inzibati xətadır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hüquqi şəxsin qeydiyyatda olduğu yerdən asılı olmayaraq inzibati xəta haqqında işə xətanın faktiki törədildiyi yer üzrə baxılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin onun qeydiyyatda olduğu yer üzrə işin baxılması ilə əlaqədar hər hansı vəsatət verilməmişdir. Odur ki, inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı Rayon Polis Şöbəsi inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyət qaydalarını pozaraq Şəki Rayon Məhkəməsinə göndərmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Şəki Rayon Məhkəməsinə göndərilmiş Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material İXM-nin 112.4-cü maddəsinə əsasən bаşqа məhkəməyə, yəni аidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 110.1 və 112.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materialları аidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-674/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-674/2022
03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver