Məhkəmə qərarları › İş №3(075)-675/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-675/2022

27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-675/2022 27.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx xxxxxxxx 1993-cü il tarixdə Şəki rayonu, Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, il ərzində inzibati məsuliyyətə cəlb olunmayan, əlilliyi olmayan, Şəki şəhəri, Şəki kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X11 tərəfindən tərtib edilmiş 27 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs təxminən 10 gün bundan qabaq Şəki rayonu, Şəki kəndi ərazisində ictimai yerdə həmkəndli Məhərrəmova Raya adlı şəxsi söyüb təhqir edərək Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 27 sentyabr 2022-ci il tarixdə X12 ŞRPŞ-nə gələrək ərizə il müraciət etmişdir ki, Şəxs oğlu tərəfindən təhqir olunmuş və onun ünvanına söyüşlər söymüşdür. Bundan sonra vətəndaşın izahatı alınmışdır. İzahatda göstərilmişdir ki, Şəxs ona söyüb, təhqir etmişdir. Daha sonra Şəxs polis şöbəsinə çağırılmış və onunda izahatı alınmışdır. Beleləliklə, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Şəki Rayon Məhkəməsinə getirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Şəki rayonu, Şəki kəndində yaşayır. X2 Şəki ŞRPŞ-nə daxil olmuş müraciəti ilə tanış olmuşdur. Kəndə ayda iki 2 dəfə su verilir, kənd sakinləri isə içmək üçün həmin sudan istifadə edirlər. O, həmin yerə suyu açmaq üçün getmiş, lakin Məhərrəmova Raya ona suyu açmağa imkan verməmişdir. O, heç bir nalayiq ifadələrdən istifadə etməmiş, ona söyüş söyməmişdir. Lakin hər bir halda X4 onun anası yaşda olmasını nəzərə alır və ondan üzr istəyir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. X1 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Şəki rayonu, Şəki kəndində yaşayır. Təxminən bundan 10 gün əvvəl onların evinə gələn su xəttini açmaq üçün kəndin mərkəzinə getmişdir. O, həmin su yerinə yaxınlaşmış və özünə məxsus gələn su xəttini açmışdır. Bu zaman Tural adlı həmkəndlisi ona yaxınlaşaraq qeyri-nalayiq, alçadıcı ifadələr işlətmiş, onu təhqir etmiş və suyun bağlamağını tələb etmişdir. Sonra dalaşaraq çıxıb getmişdir. Həmin vaxt ətrafda bir neçə nəfər şəxs olmuşdur. Ona görə də Şəxs qanunsuz hərəkətləri barədə Şəki ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Lakin Turalın ondan üzr istəməsini, həmçinin Turalın himayəsində xırda uşaqların olmasını nəzərə alaraq Turalı bağışlamış və onlar barışmışdır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən Şəxs hərəkətləri qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarının qərəzli surətdə pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar