Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-676/2024 12.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 iştirakı ilə, X6 tərəfindən Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin barəsində çıxardığı 01 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin barəsində tərtib etdiyi 01 aprel 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 23 yanvar 2024-cü il tarixdən Şəki şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında müvəqqəti olaraq müdir səlahiyyətlərini icra edir. Belə ki, əvvəlki müdir vəzifədən azad olunduğu üçün həmin vəzifə mavafiq əmrlə mənə həvalə olunmuşdir. Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndələri tərəfindən rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və obyektdə təxliyyə planının olmaması, eləcə də yanğın təhlükəsizliyi norma və qaydaları tələblərinin yerinə yetirilməməsi əsas götürülərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən barəsində 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 01 aprel 2024-cü il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin Şimal Regional X13 İdarəsinin MN-1459486 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında Şəki rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəsarət Fətəliyev tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. O, həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin Şimal Regional X13 İdarəsinin 01 aprel 2024-cü il tarixli MN Ne ******* saylı qərar qanunsuz və əsassızdır. Belə ki, Şəki şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının binası 2018-ci ildə istifadəyə verilmişdir. Həmin vaxtdan hazırki dövrədək binanın daxilində elektrik xətlərində və dam örtüyündə yanğın təhlükəsizliyi ilə bağlı heç bir problemlər yaranmamışdır. Lakin X13 idarəsinin nümayəndəsinin barəmdə qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Çünki həmin idarə tərəfindən keçirilən yoxlamanın nəticəsinə dair verilən yazılı göstərişləri vəzifə borcu kimi aidiyyəti quruma, yəni Şəki şəhər Təhsil Sektoruna rəsmi qaydada göndərmiş, bunu təsdiq edən rəsmi sənədlər var. Protokolda və qərarda göstərilənlər maddi cəhətdən və praktiki olaraq onun şəxsi imkanı və səlahiyyəti xaricindədir, eləcə də onun vəzifə öhdəliklərinə daxil deyil. İnzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə analoji qərarlar başqa vəzifəli şəxslər barəsində də qəbul edilmiş, lakin qanunsuz olduğu üçün həmin qərar bir neçə birinci instansiya məhkəmələri tərəfindən məhkəmə qaydasında ləğv olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsinə əsasən ona 100 ( yüz ) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin 01 aprel 2024-cü il tarixli MN № ******* saylı ona rəsmi qaydada verilməmiş, 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə qərardan məlumatı yalnız 17 iyul 2024-cü il tarixdə, yəni Şəki rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəsarət Fətəliyev tərəfindən barəsində qəbul olunan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar ünvanına gələndən sonra olmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinə müraciət etmişdir ki, barəsində çıxarılmış qərarın surətini ona versinlər ki, həmin qərarı məhkəmə qaydasında mübahisələndirsin. Lakin idarənin nümayəndəsi qararın surətini ona verməkdən imtina etmiş və bildirmişdir ki, həmin qərarı sosial şəbəkə (whatsapp) üzərindən mobil telefonuna göndərəcəkdir və ərizənizdə qərarı 24 iyul 2024-cü il tarixində məhz sosial şəbəkə (whatsapp) üzərindən aldığı, eləcə də şikayət vermə müddəti axımının həmin tarixdən hesablanmasını qeyd etmişdir. O, qərarı alan günü mübahisələndirmişdir. Onun aylıq əmək haqqısı 200 (iki yüz) manatdır, himayəsində körpə uşaq var və bu səbəbdən də hazırki şikayətlə bu gün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bidirdi ki, o, xx.xx.2024-cü il tarixdən 3 saylı körpələr evində müdir əvəzi vəzifəsində işləyir. FHN əməkdaşları mart ayının 18-də gəlib, otaqları yoxlayaraq sənədləşdirmişdilər. O, FHN əməkdaşlarına qeyd olunan xüsusatların onun səlahiyyətlərində olmadığını bildirmişdir. O, X14 Təhsil dairəsinə yanğın təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görülməsi ilə bağlı müraciət etmişdir. Lakin yazdığı təqdimata rəsmi cavab gəlməmişdir. Sonradan ona məlum olmuşdur ki, X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunub. İnzibati tənbeh vermə haqqında qərar ona göndərilməmişdir. Onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin məktubu gəldikdən sonra məlumatı olmuşdur. Bundan sonra o, həyat yoldaşı ilə birlikdə barəsində protkol tərtib edən orqana yaxınlaşaraq inzibati tənbeh vermə haqqında qərarın surətini əldə edə bilmişdir. Hesab edir ki, 100 manat cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 518.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində 100 manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şəki şəhər 3 nömrəli körpələr evi - uşaq bağçası tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən bağçanın binasında yanğın təhlükəsizliyinə aid texniki müayinə keçirilmişdir. Keçirilən müayinə zamanı aşkar edilmiş yanğın təhlükəsizliyi norma və qaydaların tələblərinin pozulması hallarının aradan qaldırılması məqsədilə aşağıdakı tələblərin yerinə yetirilməsi xahiş edilmişdir. Tələblər: baş verə biləcək yanğınların qarşısını almaq məqsədi ilə təxliyyə planı hazırlanması, ildə bir dəfə binanın elektrik xıtt avadanlıqlarının elektrik mütəxəssisləri tərəfindən izolyasiya müqavimətini yoxladıb akt tərtib edilməsi, binanın ağac, taxta materialları oda davamlı məhlullarla (antipiren) hopdurulması qeyd edilmişdir. İş materiallarından görünür ki, X6 barəsində qəbul edilmiş 01 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda obyektdə təxliyyə planı hazırlanmaması əsası ilə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmiş, faktiki olaraq X6 barəsində İXM-nin 518.1-ci maddəsilə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin görə inzibati məsuliyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, X2 şəhər 3 nömrəli körpələr evi - uşaq bağçasının müdiri vəzifəsini icra edir. O, İXM-nin 518.1-ci maddəsilə obyektdə təxliyyə planı hazırlanmaması və gözlə görünən yerə asılmamasına görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Halbuki qanunvericiliyə əsasən X6 həmin yanğın mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, Şəki şəhər 3 nömrəli körpələr evi - uşaq bağçasının müdirinin vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3 təhsil müəssisəsinin müdiri üçün obyektdə təxliyyə planı hazırlanması və gözlə görünən yerə asılması tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Bundan başqa, yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün X6 tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin aidiyyəti qurumuna həmin idarənin Şəki rayon sektor müdirinə rəsmi məktublarla müraciət olunmuş, lakin həmin idarə tərəfindən bu tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Halbuki qanunvericilikdə bununla bağlı müvafiq tədbirlərin görülməsi və yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi həmin idarənin məsul şəxsinin vəzifəsi olaraq müəyyən edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin X15 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin rəisi, polkovnikleytenant Azad Cavadov xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X4 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törəddiyi qeyd edilsə də, şikayətçi X6 tərəfindən inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəki şəhər 3 nömrəli körpələr evi - uşaq bağçasının müdiri vəzifəsini icra edən X6 hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin subyekti deyildir, onun əməlində həmin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İşdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq edilməmişdir. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayəti əsaslı olduğundan təmin edilməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası FHN-nin X13 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin rəisi X10 01 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin 01 aprel 2024-cü il tarixli MN1459486 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-676/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-676/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver