Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-68/2021 10.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi X14 qızının katibliyi, X1 iştirakı ilə X1 Şəki ŞRPŞ-nin 27 noyabr 2020-ci il tarixli, MN-0625725 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin barəsində qəbul etdiyi 27 noyabr 2020-ci il tarixli, MN-0625725 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş və qərar qəbul etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq, Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Şəki ŞRPŞ-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X3 göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. O, 27 noyabr 2020-ci il tarixdə evinin arxa hissəsinə bitişik, əvvəllər mağaza kimi işlətdiyi yerdə özünə məxsus divan təmir etdiyi vaxt yol qapısını açaraq yola baxmaq istəyərkən oraya polis əməkdaşları gəlmişlər. Həmin yerə gəlmiş polis əməkdaşları tərəfindən karantin qaydalarını pozduğu üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən 200 manat məbləğində cərimə edilmişdir. Halbuki, o, həmin vaxt yalnız özünə məxsus divanı təmir etmişdir. Yəni, həmin vaxt karantin qaydalarını pozmamışdır. Buna görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Şəki ŞRPŞ-nin polis sahə rəisi, polis leytenantı X8 tərtib etdiyi 27 noyabr 2020-ci il tarixli, MN-0643814 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 27 noyabr 2020-ci il tarixdə, saat 21:00 radələrində Şəki şəhəri, S.M.Əfəndiyev küçəsində yerləşən “Mebel təmiri” adlanan sexi açıb işlədərək karantin rejimi qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Şəki ŞRPŞ-nin polis sahə rəisi, polis leytenantı X12 tərəfindən qəbul edilmiş 27 noyabr 2020-ci il tarixli, MN-0625725 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 27 noyabr 2020-ci il tarixdə, saat 21:00 radələrində Şəki şəhəri, S.M.Əfəndiyev küçəsində yerləşən “Mebel təmiri” adlanan sexi açıb işlədərək karantin rejimi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görəfiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli qərarının 1.1-ci maddəsinə əsasən 2020-ci il 30 sentyabr saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla, digər iş, xidmət sahələrində və istiqamətlərində fəaliyyətə icazə verilir. Həmin Qərarın 3-cü maddəsinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə 28 sentyabr 2020-ci il tarixli, 359 nömrəli qərarının 2-ci maddəsinə əsasən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin. 2.1. 1.1-ci bəndin mətnində “30 sentyabr saat 00:00-dək” sözləri “2 noyabr saat 06:00-dək” sözləri ilə əvəz edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə 28 okyabr 2020-ci il tarixli, 427 nömrəli qərarının 2-ci maddəsinə əsasən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin.
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.1-ci bəndin mətnində “2 noyabr” sözləri “1 dekabr” sözləri ilə əvəz edilsin. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Göründüyü kimi 27 noyabr 2020-ci il tarixdə, xüsusi karantin rejimi dövründə X2nun “Mebel təmiri” adlanan sexində fəaliyyət göstərməsi üçün icazəsi olmamışdır. X2 hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmişdir. X4 Şəki ŞRPŞ-nin polis sahə rəisi, polis leytenantı X10 verdiyi izahatında 27 noyabr 2020-ci il tarixdə, saat 21:00 radələrində Şəki şəhəri, S.M.Əfəndiyev küçəsində yerləşən “Mebel təmiri” adlanan sexini açıb işlədərək karantin rejimi qaydalarını pozduğunu, etdiyi səhfi səmimi olaraq etiraf etdiyini və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Beləliklə, X6 27 noyabr 2020-ci il tarixdə, saat 21:00 radələrində Şəki şəhəri, S.M.Əfəndiyev küçəsində yerləşən “Mebel təmiri” adlanan sexi açıb işlədərək karantin rejimi qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X6 Şəki ŞRPŞ-nin barəsində qəbul etdiyi 27 noyabr 2020-ci il tarixli, MN-0625725 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq
qərara a l d ı m:
X1 Şəki ŞRPŞ-nin barəsində qəbul etdiyi 27 noyabr 2020-ci il tarixli, MN-0625725 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ
AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan
İş № 3 (075)-68/2021 10 fevral 2021-ci il
Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki
cənab Azər Muradova
Hörmətli Azər müəllim !
Şəki Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 3 (075)-68/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir.
Qoşma: 02 vərəqə, 03 səhifə.
Hakim: Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ
AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan
İş № 3 (075)-68/2021 10 fevral 2021-ci il
X7 (Şəki şəhəri, S.M.Əfəndiyev küçəsi 1)
Şəki Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 3 (075)-68/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir.
Qoşma: 01 vərəqə, 02 səhifə.
Hakim Elçin Mehdiyev.