Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-68/2025 21.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs V Tağım YPX inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1964-cü il tarixdə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs idarə etdiyi “Mercedes Benz E220” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə qum təpəciyinə vurmuş və hadisə zamanı avtomobilin hava şarları açılaraq sərnişin qismində götürdüyü X1 çırpılması və bərk küt əşyanın təsiri nəticəsində yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-68/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-68/2025 saylı qərarından Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(107)-92/2025 saylı qərarı ilə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 3(075)-68/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. İnzibati xətaya dair iş materialları xx.xx.2025-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs V Tağım YPX inspektoru, polis baş serjantı X3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə qəza hadisəsi baş verəndən sonra o, həmin əraziyə getmiş, qəza baş verən yerdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olmuş, başqa bir şəxs olmamışdır. O, Şəxs barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Avtomobildə olan zərərçəkmiş şəxs, təxminən 3 saatdan sonra 103 xidmətinə zəng etmiş, xəsarət olduğuna görə qəza hadisəsi ikinci dəfə təhqiqatçı tərəfindən araşdırılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş protokol ləğv edilməmişdir. Qanuna müvafiq qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünə məxsus “Mercedes Benz E220 CDİ” markalı, **-RX- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024cü il tarixdə Bakı şəhərinə müştəri olduğundan o, həmin avtomobili ilə müştəriləri aparıb Bakı şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixdə isə Bakı Beynəlxalq avtovağzalından Şəki şəhərinə getmək istəyən müştərini götürüb Şəki rayonu istiqamətində yola çıxmışdır. Şəki rayonu istiqamətində gəlib, hava qaralan vaxt Şəki rayonuna çatmışdır. Polis postuna yaxınlaşanda avtomobili 70 - 80 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt yolda təmir işləri getmiş, qaranlıq havada toz qalxmışdır. Təxminən 40 metr qarşıda qum topası, “Stop” nişanı və soldan keçmə barədə xəbərdarlıq nişanının olmasını görmüşdür. O, maneəni görən kimi avtomobillə tormoz etmiş, lakin avtomobili tam saxlaya bilməyib, qum topasına çırpılmış, avtomobilin qabaq hissəsində olan hava şarları açılmışdır. Bu zaman avtomobildə qabaq oturacaqda əyləşmiş sərnişinin üzünə çırpılmışdır. Bundan sonra həmin adam başqa avtomobillə yaşadığı evə getmişdir. Bir müddət sonra məlumatı olmuşdur ki, həmin sərnişinin səhhətində narahatçılıq olduğu üçün 103 xidmətinə zəng edib xəstəxanaya getmişdir. Bildirmişdir ki, onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, cərimə olunmuşdur. O, cərimə məbləğini ödəmişdir. Sonradan barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hesab edir ki, inzibati xəta haqqında protokol əsaslı deyil, belə ki, o, hazırki inzibati xətaya görə bir dəfə inzibati məsuliyyətə cəlb olunmuş və cəriməni ödəmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş portaldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:45-də İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, 40 manat məbləğdə inzibati cərimə olunmuş, cərimə məbləği ödənilmişdir. - xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:45-də İXM-nin 327.8-ci maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1315 nömrəli material üzrə Şəxs əməlində CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, HK-1/1315 nömrəli material üzrə Şəxs barəsində İXM-nin 327.1-ci maddəsi ilə tərtib olunmuş İXP ******* nömrəli protokolun ləğv olunması məsələsinə baxılması, İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərarın surətinin aidiyyəti üzrə BDYPİ-nə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. - 114.2.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda qərar (qərardad) çıxarılır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi törədərək İXM-nin 327.8-ci maddəsinin tələblərini pozmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə araşdırma aparılmış Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Vüqar Emçiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1315 nömrəli material üzrə Şəxs əməlində CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, HK-1/1315 nömrəli material üzrə Şəxs barəsində İXM-nin 327.1-ci maddəsi ilə tərtib olunmuş İXP ******* nömrəli protokolun ləğv olunması məsələsinə baxılması, İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərarın surətinin aidiyyəti üzrə BDYPİ-nə göndərilməsi qərara alınmışdır. Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-68/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-68/2025 saylı qərarından Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(107)-92/2025 saylı qərarı ilə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 3(075)- 68/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. İnzibati xətaya dair iş materialları xx.xx.2025-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xətaya dair iş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixdə keçirilmiş, növbəti məhkəmə baxışı iclası bu günə, yəni xx.xx.2025ci il tarixə, saat 15:30-a təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 09 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İXM-nin “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” adlı 29-cu fəslindən görünür ki, İXM-nin 327.8-ci maddəsi həmin fəslə aiddir. Deməli İXM-nin 327.8-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan başqa İXM-nın 38.3-cü maddəsində əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İşdə olan inzibati xəta haqqında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi Şəxs inzibati xətanı xx.xx.2024-cü il tarixdə törətmiş, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar isə 19 dekabr 2024-cü il tarixində qəbul edilmişdir. Göründüyü kimi artıq “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsi vaxtından 3 aydan artıq müddət keçmişdir. Beləliklə, İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti olan 3 ay müddət keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh vermə müddəti keçmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materialların göründüyü kimi Şəxs barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğdə inzibati cərimə olunmuş, cərimə məbləği ödənilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1315 nömrəli material üzrə Şəxs əməlində CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, HK-1/1315 nömrəli material üzrə Şəxs barəsində İXM-nin 327.1-ci maddəsi ilə tərtib olunmuş İXP ******* nömrəli protokolun ləğv olunması məsələsinə baxılması, İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərarın surətinin aidiyyəti üzrə BDYPİ-nə göndərilməsi qərara alınmışdır. Lakin Şəxs barəsində İXM-nin 327.1-ci maddəsi ilə tərtib olunmuş İXP ******* nömrəli protokolun ləğv olunması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. - İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-68/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-68/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver